31 
Mar
2023
14:31
180
12
2215
Virtual karabakh

Azərbaycanda kredit Mülki Məcəllənin tələbləri nəzərə alınmaqla veriləcək

31 Mar, 2023
14:31
2215

Azərbaycanda kredit Mülki Məcəllənin tələbləri nəzərə alınmaqla veriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Kredit ittifaqları haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Banklar haqqında” və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib.

Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. 

Dəyişikliyə əsasən, 36.6-cı maddənin ikinci abzası aşağıdakı redaksiyada verilir:

“Azərbaycan Respublikasının Mülki Məcəlləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditin verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır”.

Eyni zamanda, bundan sonra BOKT tərəfindən kreditlərin verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri nəzərə alınmaqla həyata keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri