31 
Mar
2023
23:54
52
540
2059
Virtual karabakh

Polad Bülbüloğlu Lavrovun müavini ilə üçtərəfli razılaşmaların icrasını müzakirə edib - YENİLƏNİB

31 Mar, 2023
23:54
2059

Polad Bülbüloğlu Lavrovun müavini ilə üçtərəfli razılaşmaların icrasını müzakirə edib - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin 31 mart tarixində Səfir Polad Bülbüloğlu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb. Görüşün əvvəlində M.Qaluzin Rusiya xarici işlər naziri Sergey Lavrovun cari ilin 27-28 fevral tarixlərində səfərinə toxunaraq, göstərilən münasibətə və keçirilmiş dolğun və məhsuldar görüşlərə görə Azərbaycan Respublikasının rəhbərliyinə təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən APA-ya bildirilib ki, kitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri, iki ölkənin xarici işlər nazirlikləri arasında məsləhətləşmələr, iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının növbəti iclasının, eyni zamanda Rusiyada ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Qarşılıqlı anlaşma şəraitində davam edən görüşdə Səfir Polad Bülbüloğlu gündəlikdə olan və ölkəmizin maraqlarına cavab verən məsələləri qaldırmış, onlarla bağlı Azərbaycanın mövqeyini nazir müavininin diqqətinə çatdırıb.

Bundan əlavə, bir sıra aktual beynəlxalq və regional məsələlərə, o cümlədən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması perspektivləri mövzularına toxunulub.

17:52

Martın 31-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzinlə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu arasında görüş keçirilib.

APA-nın Moskva müxbiri Rusiya XİN-ə istinadən xəbər verir ki, görüş zamanı konstruktiv şəkildə ikitərəfli əməkdaşlığın inkişafının cari məsələləri nəzərdən keçirilib.

Həmçinin bir sıra aktual regional məsələlərə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalara uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması perspektivlərinə toxunulub.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri