Apr
2023
15:30
116
112
674
Virtual karabakh

Latviyanın sabiq prezidenti: “Heydər Əliyev görkəmli şəxsiyyət, müasirlərinin dəyər verdiyi bir lider idi”

1 Apr, 2023
15:30
674

Latviyanın sabiq prezidenti: “Heydər Əliyev görkəmli şəxsiyyət, müasirlərinin dəyər verdiyi bir lider idi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Heydər Əliyev görkəmli şəxsiyyət idi və daim müasirlərinin yüksək dəyər verdiyi lider təəssüratı doğurub”.

Bunu şənbə günü “Trend”ə Latviyanın sabiq prezidenti, Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin (NGBM) həmsədri Vayra Vike-Freyberqa “Trend” BİA və NGBM-in birgə layihəsi olan “Heydər Əliyev İrsi” adlı layihəsi çərçivəsində deyib.

Vayra Vike-Freyberqa 1999-cu ildə Yalta səfəri zamanı Azərbaycanın ovaxtkı prezidenti Heydər Əliyevlə görüşünü xatırlayaraq onun üçün bu hadisənin nə qədər xüsusi olduğunu qeyd edib.

“Mən ondan Qafqazdakı vəziyyət, xüsusi şərait, region ölkələrinin öz müstəqilliklərini qəti şəkildə təsdiqləmək üçün keçməli olduğu çətinliklərlə bağlı çox şey öyrəndim. O, həmçinin, keçid prosesini hələ sovet dövründən yüksək vəzifələrdə çalışmış və həmin vaxtlarda avtokratiyadan demokratiyaya keçidin ardınca gətirəcəyi hiylələri və demokratiyaya nail olmağın necə çətin olduğunu yüksək səviyyədə anlaya bilən bir dövlət xadiminin nöqteyi-nəzərindən izah edirdi”,- o deyib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri