Apr
2023
16:24
118
30
990
Virtual karabakh

Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad olunub

1 Apr, 2023
16:24
990

Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad olunub.

Prezidentin rəsmi saytı xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Məqsəd medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətinin stimullaşdırılmasıdır. Belə ki, dəyişikliyə əsasən, media subyektləri (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlərin, o cümlədən reklam gəlirlərinin gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilirlər.

Qərar bu ilin yanvar ayının 1-dən tətbiq olunmaqla üç il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil edilmir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri