14 
Apr
2015
19:10
337
91
4613
Virtual karabakh

Prezident 4 milyon manat pul ayırdı

14 Apr, 2015
19:10
4613

Prezident 4 milyon manat pul ayırdı

Dövlət başçısı sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Oxu.Az xəbər verir ki, sərəncama əsasən, Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədi ilə Lənkəran Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 4,0 (dörd) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri