15 
Apr
2015
14:42
53
25
1052
yuxarı
Elmar Məmmədyarov Latviya prezidenti ilə görüşdü
15 Apr, 2015
14:42
1052
53
25
Elmar Məmmədyarov Latviya prezidenti ilə görüşdü
O, Azərbaycanla Avropa İttifaqı arasında olan əlaqələri yüksək qiymətləndirib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Andris Berzinş ilə görüşüb.
XİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, görüşdə Azərbaycan və Latviya arasında əlaqələrin yüksək inkişaf səviyyəsinə malik olduğu qeyd edilib.
E. Məmmədyarov Avropa İttifaqına sədrlik münasibətilə Latviyanı təbrik edib və sədrlik müddətinin uğurla başa çatdırılacağına əminliyini vurğulayıb.
Prezident Andris Berzinş “Şərq Tərəfdaşlığı” çərçivəsində 21-22 may tarixlərində Riqada keçiriləcək zirvə toplantında Azərbaycanın ən yüksək səviyyədə təmsil olunacağına ümidvar olduğunu söyləyib. O, enerji sahəsində Azərbaycanla Avropa İttifaqı arasında olan əlaqələri yüksək qiymətləndirib.
E. Məmmədyarov Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığın olduğunu xatırladaraq, bunun digər sahələrə də sirayət etməsinin vacibliyini bildirib. O, Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığın inkişafında TANAP və TAP layihələrinin əhəmiyyətini diqqətə çatdırıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar barədə məlumat verən nazir münaqişə ilə əlaqədar Latviyanın mövqeyinin iki ölkə arasında imzalanmış sənədlərdə təsbit olunduğunu vurğulayıb.
E. Məmmədyarov 12-28 iyun tarixlərində Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarında Latviya nümayəndə heyəti və idmançılarının iştirakının məmnuniyyətlə gözlənildiyini qeyd edib.
Prezident Andris Berzinş birinci Avropa Oyunlarının keçirilməsi münasibətilə Azərbaycanı təbrik edərək latviyalı atletlərin də bu oyunlarda iştirak edəcəyini deyib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
E.Ə.
Bizimlə əlaqə saxlayın
Digər Siyasət xəbərləri
30 
Sen
2023
17:46
“Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları” təsdiqlənib
40
6
623
30 
Sen
2023
17:28
Alternativ enerji mənbəyinə dair sertifikatın verilməsi qaydası təsdiqlənib
56
8
691
30 
Sen
2023
17:26
Türkiyə ictimaiyyəti Azərbaycanın zəfərini “Haber Global”dan izlədi - VİDEO
218
9
883