25 
May
2023
22:48
71
16
568
Virtual karabakh

ABŞ-də Trans-Xəzər Forumu keçirilib - FOTO

25 May, 2023
22:48
568

ABŞ-də Trans-Xəzər Forumu keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin paytaxtı Vaşinqton şəhərində Xəzər Siyasət Mərkəzi və Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan səfirliklərinin dəstəyi ilə 7-ci Trans-Xəzər Forumu keçirilib.

“Report” xəbər verir ki, Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim forumda əsas qonaq qismində çıxış edib.

Səfir çıxışında ölkəmizdə nəqliyyat sahəsində həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələrdən danışıb. X.İbrahim Azərbaycanda nəqliyyat daşımalarının asanlaşdırılması, sərhəd keçid və gömrük prosedurlarının sadələşdirilməsi və bu sahədə son yeniliklərlə bağlı qonaqlara ətraflı məlumat verib.

O, Azərbaycanın region ölkələri üçün əsas nəqliyyat qovşağı kimi həyati önəminə diqqət çəkib. Diplomat bildirib ki, enerjinin ipək yolunu inşa edən Azərbaycan indiyədək ABŞ müttəfiqlərinin, xüsusilə Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayır və Bakı Avropa ölkələri üçün etibarlı tərəfdaşdır.

Səfir ABŞ ilə region ölkələri arasında mövcud geniş formatlı əməkdaşlıqdan danışıb, bu əməkdaşlığın daha da artırılması üçün həyata keçirilən layihələrdən bəhs edib. Sonda region ölkələri təmsilçiləri xatirə fotosu çəkdiriblər.

Qeyd edək ki, ənənəvi keçirilən forumun əsas məqsədi Trans-Xəzər ölkələri tərəfindən həyata keçirilən infrastruktur layihələri, mövcud biznes və sərmayə imkanları barədə ABŞ-nin siyasi, akademik və biznes sektor nümayəndələrinin məlumatlandırılmasıdır.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri