İyn
2023
20:18
239
48
1141
Virtual karabakh

Dünya liderləri İlham Əliyevi təbrik edirlər - YENİLƏNİB

1 İyn, 2023
20:18
1141

Dünya liderləri İlham Əliyevi təbrik edirlər - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az-ın məlumatına görə, mətndə deyilir:

“Zati-aliləri!

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycan xalqına rifah və tərəqqi arzulayır, ölkələrimiz arasında mövcud səmimi münasibətlərin gələcək illərdə daha da möhkəmlənməsini diləyirik”.

19:14

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə Gürcüstan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.

Xalqlarımız arasındakı güclü dostluq əlaqələri ortaq tariximizə əsaslanır. 105 il bundan əvvəl hər iki ölkə demək olar ki, eyni zamanda öz müstəqilliklərini elan etmişdir. O zamandan etibarən bizim mehriban qonşuluq, qardaşlıq münasibətlərimiz davamlı şəkildə güclənərək, dövlətlərimiz arasında möhkəm strateji tərəfdaşlıq mərhələsinə qədəm qoymuşdur.

Bu gün Gürcüstan Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığı daha da dərinləşdirməyə və möhkəmləndirməyə xüsusi önəm verir.

Zati-aliləri, Sizə dərin hörmətimi bir daha bildirir, fəaliyyətinizdə uğurlar diləyir, dost Azərbaycan xalqına isə sülh, cansağlığı və firavanlıq arzu edirəm”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri