İyn
2023
22:48
25
134
1324
Virtual karabakh

Beştərəfli görüş: Pozitiv müzakirələr davam etdiriləcək

1 İyn, 2023
22:48
1324

Beştərəfli görüş: Pozitiv müzakirələr davam etdiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 1-də Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında baş tutan qeyri-rəsmi görüşü müsbət qiymətləndirmək olar.

Belə ki, görüşdən sonra verilən açıqlamalar danışıqların pozitiv müstəvidə keçdiyindən xəbər verir.

Artıq məlumdur ki, görüş zamanı prosesin ənənəvi üçtərəfli formatda davam etdirilməsi, danışıqların növbəti raundunun iyulun 21-də Brüsseldə təşkil olunması barədə razılıq əldə olunub. Bunadək isə XİN başçılarının Vaşinqtonda növbəti görüşünün keçiriləcəyi bildirilib. Qeyd olunub ki, Vaşingtonda əsas danışıqlar sülh müqaviləsi ilə bağlı olacaq.

Aydındır ki, Aİ Şurasının rəhbəri Şarl Mişel vasitəsilə aparılan bugünki danışıqlar daha çox koordinasiya məqsədi daşıyırdı və Fransa ilə Almaniyanın görüşdəki iştirakı bütövlükdə qeyri-formal xarakterli idi. Beştərəfli görüşdən öncə üçtərəfli müzakirələrin başlaması da danışıqların əsas formatının məhz Brüssel formatı olduğunu bir daha təsdiqləyir.  

Xatırladaq ki, Belçika paytaxtındakı belə görüşlərdən sonuncusu mayın 14-də baş tutub və burada sülh müqaviləsi üzrə danışıqların intensivləşdirilməsinin vacibliyi qeyd olunub.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri