İyn
2023
00:42
321
7
1661
Virtual karabakh

Artur Xaçikyan: “ABŞ-nin maraqları Azərbaycanda cəmləşib, Qarabağdakı ermənilərə heç bir təminat verilməyəcək”

2 İyn, 2023
00:42
1661

Artur Xaçikyan: “ABŞ-nin maraqları Azərbaycanda cəmləşib, Qarabağdakı ermənilərə heç bir təminat verilməyəcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“ABŞ Dövlət Departamentinin Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamaları ilə bağlı mövqeyi onu göstərir ki, ABŞ tərəfinin nöqteyi-nəzərində Qarabağın öz müqəddəratını təyin etmək hüququ yoxdur və Qarabağ ermənilərinə heç bir təminat verilməyəcək”.

Bu fikri Ermənistan mediasına müsahibəsində beynəlxalq politoloq, Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan deyib.

O əlavə edib ki, ABŞ-nin maraqları Azərbaycanda cəmləşib, müvafiq olaraq Bakı, Ankara və Təl-Əviv Vaşinqtonun müttəfiqləridir.

A.Xaçikyan xatırladıb ki, bu gün ABŞ və Avropa bəyan edir ki, Azərbaycan onların etibarlı tərəfdaşıdır.

Beynəlxalq münasibətlər üzrə ekspertin fikrincə, ermənilər bu gün üçüncü və ya dördüncü kateqoriyadan olan dövlət vətəndaşı kimi rəftara layiqdirlər.

“Qoy təəccüb etməsinlər ki, bütün dünya cəmiyyətimizin və dövlətimizin ağılsız davranışına gülür. Bizi tam iflasa uğratdılar, diplomatiyamız həm Rusiyada, həm də Qərbdə məğlub oldu, indi heç kimə lazım deyilik”, - ekspert bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri