İyn
2023
21:05
30
192
1034
Virtual karabakh

Millət vəkili Gəncə qiyamı barədə: “AXC-Müsavat cütlüyünün bacarıqsızlığı ölkədə acınacaqlı vəziyyət yaratdı”

3 İyn, 2023
21:05
1034

Millət vəkili Gəncə qiyamı barədə: “AXC-Müsavat cütlüyünün bacarıqsızlığı ölkədə acınacaqlı vəziyyət yaratdı”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“1993-cü ilin iyununda müstəqil Azərbaycan dövlətinin taleyi həll olunurdu. 1992-ci ildə Ayaz Mütəllibovu devirərək  hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyünün bacarıqsızlığı və hakimiyyəti əlində saxlamaq üçün hər şeyi qurban verməyə hazır olması ölkədə acınacaqlı vəziyyət yaratmışdı”.

Bu fikirləri Oxu.Az-a 1993-cü il hadisələri, Gəncə qiyamı və onun nəticələri haqqında danışarkən Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat qeyd edib ki, Gəncə qiyamı torpaqlarımızın Ermənistan tərəfindən sürətlə işğal olunduğu zamanda baş verdi:

“Uğursuzluqlara görə hərbi birləşmənin rəhbərliyindən uzaqlaşdırılan Surət Hüseynov Gəncəyə qayıdaraq hakimiyyətə qarşı qiyam qaldırmağa başladı. Ətrafında çoxlu insan yığan Surət Hüseynov Gəncədə hakimiyyəti ələ alaraq Bakıya doğru yürüşə başlamışdı. AXC-Müsavat qrupu isə hakimiyyəti əlində saxlamaq üçün cəbhədəki tankları Bakıya gətirirdi. Surət Hüseynovun Bakıya yaxınlaşdığını eşidən Əbülfəz Elçibəy Naxçıvana qaçaraq Kələkidə gizləndi. Erməni silahlıları da müqavimətsiz şəkildə rayonlarımızı işğal edib, yetməmiş kimi soyqırımları törətdilər. Dövlətinin və xalqının taleyi həll olunduğu ağır bir dövrdə hakimiyyəti idarə edə bilməyən AXC-Müsavat cütlüyü Ulu Öndər Heydər Əliyevi Bakıya dəvət edib. Ümummilli lider Ali Sovetin iclasına qatılır və heç nədən çəkinməyərək oradan birbaşa Gəncəyə getməyi qərara alır. Halbuki qiyam qaldırmış Surət Hüseynovun silahlı dəstəsi ulu öndər üçün olduqca təhlükəli qüvvə idi. Amma ulu öndərin cəsarəti və qətiyyəti bütün təhlükələri arxa plana keçirir və Gəncəyə yola düşür. Heydər Əliyev Gəncədə görüşlər keçirir və qiyamçılarla razılıq əldə olunur.

Ulu öndər Heydər Əliyev prezident səlahiyyətlərini icra etməyə başlayır, Surət Hüseynovu isə baş nazir təyin edir. Beləliklə, Azərbaycan dövlətinin və xalqının həyatında dönüş nöqtəsi baş verir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ilin dekabrından başlayaraq 1994-cü il yanvarın 6-na kimi Horadiz əməliyyatı keçirilərək Horadiz qəsəbəsi və Füzulinin 20 kəndi işğalçılardan azad edilir və düşməni atəşkəsə imza atmağa məcbur edir. Beləliklə, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik əsaslarının formalaşmasına və digər uğurlara imza atmağımıza yol açır”.

Aysel Aslan

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri