İyn
2023
20:41
67
6
520
Virtual karabakh

“Anatolian Phoenix - 2023” beynəlxalq təlimi başlayıb - FOTO/VİDEO

5 İyn, 2023
20:41
520

“Anatolian Phoenix - 2023” beynəlxalq təlimi başlayıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçirilən “Anatolian Phoenix - 2023” (“Anadolu Ankası - 2023”) beynəlxalq axtarış-xilasetmə təlimi başlayıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə təlimin ssenarisi və keçiriləcəyi ərazi, hazırlıq prosesi, təhlükəsizlik qaydaları, həmçinin müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.

Qeyd edək ki, cari ilin iyun ayının 16-na qədər davam edəcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, texniki heyəti və aviasiya vasitələri ilə yanaşı, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları təmsil edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri