22 
Sen
2023
21:01
858
11
10479
Virtual karabakh

Qarabağdakı separatçıların tərk-silah edilməsinə başlanılıb - YENİLƏNİB + VİDEO

22 Sen, 2023
21:01
10479

Qarabağdakı separatçıların tərk-silah edilməsinə başlanılıb - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Əldə edilmiş razılaşmaları yerinə yetirərək, Qarabağdakı silahlı birləşmələr Rusiya sülhməramlılarının nəzarəti altında silahlarını təhvil verməyə başladılar".

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Sentyabrın 22-dək Qarabağ silahlı birləşmələri tərəfindən 6 ədəd zirehli texnika, 800-dən çox atıcı silah və 5 minə yaxın döyüş sursatı təhvil verilib”, - Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

19:29

Qarabağdakı separatçı hərbi dəstələrin tərk-silah edilməsinə başlanılıb.

Bu barədə Rusiya sülhməramlı kontingentinin yaydığı məlumatda bildirilir.

Vurğulanır ki, proses antiterror tədbirlərinin dayandırılmasına dair razılaşmaların icrası məqsədilə Rusiya hərbi qulluqçularının nəzarəti altında həyata keçirilir.

Həmçinin, Yevlaxda keçirilən görüşdə əldə olunan razılaşmalar çərçivəsində Qarabağdakı qanunsuz erməni silahlı dəstələri öz postlarını tərk edir.

Qeyd olunur ki, bu günə kimi 800-dən çox atıcı silah, qumbaraatan və minaatanlar, eləcə də digər silahlar təhvil verilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri