25 
Sen
2023
14:48
80
28
855
Virtual karabakh

Ali məktəblərdə “Heydər Əliyev adına təqaüd”ün təyini məqsədilə komissiya yaradılır

25 Sen, 2023
14:48
855

Ali məktəblərdə “Heydər Əliyev adına təqaüd”ün təyini məqsədilə komissiya yaradılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ali məktəblərdə “Heydər Əliyev adına təqaüd”ün təyini məqsədilə komissiya yaradılır.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təhsildə yüksək nailiyyətləri ilə fərqlənən tələbələrə “Heydər Əliyev adına təqaüd”ün təyin edilməsi məqsədilə universitetlərdə müsabiqə komissiyaları yaradılacaq. Müsabiqə komissiyaları tərəfindən Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi meyarlar nəzərə alınmaqla ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan tələbələr arasından seçim aparılacaq (bir neçə namizədin göstəriciləri eyni olduqda komissiya tərəfindən əlavə seçim meyarları tətbiq edilə bilər).

Qeyd edək ki, Azərbaycan Prezidenti “Heydər Əliyev adına təqaüd”ün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Təqaüd Elm və Təhsil Nazirliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına 3 000 manat məbləğində olmaqla birdəfəlik ödəniləcək.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri