29 
Sen
2023
23:13
329
17
4787
Virtual karabakh

Qarabağı tərk edən ermənilər açıq şəkildə bildirirlər ki, onları heç kim qovmayıb - VİDEO

29 Sen, 2023
23:13
4787

Qarabağı tərk edən ermənilər açıq şəkildə bildirirlər ki, onları heç kim qovmayıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya “Telegram” kanallarında Azərbaycanın Qarabağ bölgəsini könüllü tərk edən erməniəsilli sakinlərlə bağlı görüntülər paylaşılıb.

Bu görüntüləri Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağda baş verənlərlə bağlı yalan danışmağa davam etdiyinin sübutu hesab etmək olar.

Belə ki, Qarabağdan köç edən erməniəsilli sakinlərdən Azərbaycan tərəfinin onlara necə davrandığı, hər hansı məcburiyyət və ya kobud rəftarın olub-olmadığı soruşulub. Sualı cavablandıranların hamısı özlərinə qarşı hər hansı sərt davranışa yol verilmədiyini, Qarabağı könüllü olaraq tərk etdiklərini deyiblər.

Qarabağın erməniəsiili sakinləri bölgədən getmələrinin tələsik olduğunu inkar etmirlər, lakin azərbaycanlılar tərəfindən onlara qarşı hər hansı təhdid və zorakılığın olmadığını, hər hansı problemlə üzləşmədiklərini, rahat hərəkət etdiklərini qeyd edirlər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri