1 
Okt
2023
16:50
511
10
2618
yuxarı
Almaniyada yaşayan azərbaycanlılar dinc aksiya keçiriblər - VİDEO
1 Okt, 2023
16:50
2618
511
10
Almaniyada yaşayan azərbaycanlılar dinc aksiya keçiriblər - VİDEO
Bu gün Berlin şəhərində Brandenburq qapıları önündə Almaniyada yaşayan azərbaycanlılar saat 14:00-dan başlayaraq dinc aksiya keçiriblər.
Oxu.Az xəbər verir ki, aksiyanın məqsədi və tələbi Almaniya mediasında, həmçinin vətəndaş cəmiyyətinə yaxın dairələrdə sistemli şəkildə Azərbaycana qarşı yönəlmiş yalan məlumat və təhriflərlə dolu informasiya hücumlarına son qoyulmasıdır.
Bununla yanaşı, aksiya iştirakçıları Azərbaycan torpaqlarının 30 ildən sonra işğaldan azad olunduğunu qeyd edərək, regionda sülhü dəstəkləməyə çağırışlar ediblər.