20 
Noy
2023
13:29
109
14
1727
Virtual karabakh

Şahin Bağırov: “Zəngəzur dəhlizində keçid məntəqələrinin üzərində iş aparılır”

20 Noy, 2023
13:29
1727

Şahin Bağırov: “Zəngəzur dəhlizində keçid məntəqələrinin üzərində iş aparılır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Zəngəzur dəhlizinin istifadəyə verilməsi üçün Azərbaycan dövləti tərəfindən ciddi işlər görülür”.

Oxu.Az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Dövlət Gömrük Komitəsi də proseslərin içindədir:

“Hazırda Zəngəzur dəhlizində keçid məntəqələrinin üzərində iş aparılır. Eyni zamanda, yeni layihələr üzərində iş gedir və artıq növbəti mərhələdə tikinti işlərinə başlanacaq”.

İşğaldan azad edilmiş Qubadlı rayonundakı “Eyvazlı” gömrük postunun durumu ilə bağlı suala gəlincə, sədr qeyd edib ki, postun istifadəyə verilməsi iqtisadi münasibətlərdən asılıdır.

Aysel Aslan

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri