21 
Noy
2023
09:12
229
11
1817
Virtual karabakh

Qazaxıstan prezidenti Bakıya səfərə gəlir - FOTO

21 Noy, 2023
09:12
1817

Qazaxıstan prezidenti Bakıya səfərə gəlir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev noyabrın 24-də Azərbaycana səfərə gələcək.

Bu barədə Qazaxıstan prezidentinin Mətbuat Xidməti məlumat yayıb. 

Məlumata görə, Qazaxıstan dövlət başçısı BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Bakıda keçiriləcək sammitində iştirak edəcək.

Məlumat üçün əlavə edək ki, Bakıda noyabr ayının 20-dən 24-dək BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqram (SPECA) Günləri keçirilir.

Tədbir Avropa və Çin arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda yeni çağırışlar qarşısında nəqliyyat əlaqələrinin rolunun artırılmasına həsr olunub.

Qeyd edək ki, hazırda SPECA-nın iştirakçı dövlətləri Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır.

Mənbə: Tengrinews.kz

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri