21 
Noy
2023
12:34
9
14
367
Virtual karabakh

Gənc Kanaklar Hərəkatının sədri: “Müstəmləkəçiliyin nəticələri hələ də hiss olunur”

21 Noy, 2023
12:34
367

Gənc Kanaklar Hərəkatının sədri: “Müstəmləkəçiliyin nəticələri hələ də hiss olunur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Müstəmləkəçiliyin nəticələri hələ də hiss olunur”.

“Report” xəbər verir ki, bunu Fransanın Gənc Kanaklar Hərəkatının sədri Deniel Vea Bakıda “Dekolonizasiya: Qadınların səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Biz müstəmləkəçiliklə bağlı qalıqların olduğu bir sistemdə yaşayırıq və bu üzücüdür. Buna görə də bu mövzunun belə platformalarda işıqlandırılması çox vacibdir”, - o deyib.

Qeyd edək ki, bu gün Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Dekolonizasiya: Qadınların səlahiyyətlərinin artırılması” mövzusunda tədbir keçirilir. Tədbirin əsas məqsədi 21-ci əsrdə davam edən neokolonializm siyasəti nəticəsində hələ də müstəmləkə altında olan ərazilərdə qadınların ağır vəziyyətinə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməkdir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri