19 
Mar
2018
09:50
23
96
5647
Virtual karabakh

Həftəsonları “Səba”ya neçəyə başa gəlir?

19 Mar, 2018
09:50
5647

Həftəsonları “Səba”ya neçəyə başa gəlir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Səba” şirkəti martın sonunadək süd məhsullarının qiymətini şirkət mağazalarında endirdi. 

Oxu.Az xəbər verir ki, kəskin iqlim keçidi ayında həm böyüklərə, həm də uşaqlara orqanizmin immunitet qabiliyyətini artırmaq üçün süd məmulatları vacibdir.

Bunu düşünən “Səba” brendin bütün süd məhsullarına nəzərəçarpan endirimlər təqdim edir. Pendir, qaymaq, xama, kəsmik, kənd qatığı kimi məhsullara bir manatadək endirim olunur.

Yalnız şirkətin “Gündəlik ərzaq malları” adlanan mağazalar şəbəkəsində 1 kq-lıq kağız (folqalı) bağlamada olan “Səba” yağı 13.95 manata təqdim edilir.

Amma bu, “Səba”da yeganə endirim kampaniyası deyil. Paralel olaraq, hər şənbə və bazar günləri “Həftəsonu endirimlər” davam edir.  

Hər şənbə-bazar 20%-dək endirim!

Mütəmadi olaraq, hər həftənin şənbə və bazar günlərində “Səba” məhsullarına 20%-dək endirim edilir.

Xüsusilə, böyük endirimlər brendin ən çox tələb olunan və digər mağazalarda təqdim edilməyən məhsul çeşidinə - çəki ilə olan məhsullara tətbiq edilir. Bu məhsullardan açıq toyuq, açıq file, toyuq içalatı, kolbasa və sosis məmulatlarını xüsusi qeyd etmək olar.

Həftəsonlarında toyuq əti və tikələrində hər kiloqramda 20 qəpiyə, kolbasa və sosislərdə bir manatadək qiymət endirimi olur.

“Səba” kərə yağının 1 kiloqramlıq bağlama qiyməti isə 13 manat 40 qəpiyə düşür. 

“Səxavət günləri”ndən daha səxavətli və ya Müştəri hər ay istədi, “Səba” hər həftə etdi...

“Həftəsonu endirimlər” kampaniyasını “Səba Səxavət günləri” aksiyasını davam etdirməyimizi istəyən müştərilərin xahişi ilə başladıq. Hər ayın eyni günündə - Səxavət günündə xüsusi hissə “Səba” məhsulları yarı qiymətinə təklif edilirdi.

İndi təqdim etdiyimiz “Həftəsonu endirimlər” isə ay ərzində dörd dəfə - hər həftə, bütün mağazalarımızda keçirilir və demək olar ki, mağazadakı bütün məhsullarımıza şamil olunur.

Buna görə də tam əminliklə deyə bilərik ki, “Həftəsonu endirimlər” “Səba Səxavət günləri”ndən daha səxavətlidir”, - “Səba” şirkətindən belə bildiriblər. 

“Həftəsonu endirimlər” “Səba”ya məxsus “Gündəlik ərzaq malları” mağazalar şəbəkəsində  bu ilin yanvarından keçirilir. Ölkə üzrə “Səba” mağazalarının sayını nəzərə aldıqda (“Səba” mağazalarının ünvanlarını bu linkdə (http://blog.saba.az/shops) görə bilərsiniz), endirimin şirkətə necə böyük məbləğə başa gəldiyini təsəvvür etmək olar.

“Biz şadıq ki, “Gündəlik ərzaq malları” mağazalar şəbəkəsi artıq “Səba” şirkətinin daha bir brendinə çevrilib. “Təzə-təzə” prinsipi və doğma məhlə dükanı yaxınlığı ilə “Səba” müştərilərinin sevgisini qazanan mağazalarımız həftə sonu endirimlərlə bu sevginin qarşılıqlı olduğunu nümayiş etdirir”, – “Səba”da belə düşünürlər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri