30 
Mar
2018
10:00
37
92
3845
Virtual karabakh

“Galaxy S9” və “S9+” ilə baharı yenidən kəşf edin

30 Mar, 2018
10:00
3845

“Galaxy S9” və “S9+” ilə baharı yenidən kəşf edin

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər il baharın gəlişi ilə bu yazın fərqli və daha canlı olmasını arzulayırıq. 

Bu il yeni “Galaxy S9” smartfonları ilə baharı yenidən kəşf etmək və unudulmaz anlar yaşamaq şansınız var. 

Yeni  smartfonların korpusunun hazırlanmasında şüşədən və metaldan istifadə edilib. “Galaxy S9/S9+” müvafiq olaraq 5,8 və  6,2 diaqonallı SuperAMOLED ekran ilə təchiz olunublar.Yeni smartfonların   “sərhədsiz” displeyi incə çərçivə ilə haşiyələnib. Bu geniş və parlaq displeydə film seyr etmək və oyun oynamaq sizə unudulmaz anlar yaşadacaq.

Smartfonumuzu nə qədər səliqəli istifadə etsək də zədələnmiş, çatlamış displey kimixoşagəlməz hadisələrlə tez-tez rastlaşırıq. “Samsung Electronics” bütün bunları nəzərə alaraq sizlərə xüsusi təklif təqdim edir. Belə ki,indi “Galaxy S9” və “S9+” smatfonlarını alarkən,“Eksklüziv displey zəmanətindən” istifadə etmək hüququ qazanırsınız və 1 il ərzində, displeyiniz zədələnərsə, onu cəmi 49 AZN-ə yenisi ilə əvəz etmək imkanı əldə edirsiniz. Aksiya 30 iyun 2018-ci il tarixinə qədər əldə edilən bütün “Galaxy S9/S9+” smatfonlarına keçərlidir. Aksiya çərçivəsində displeyi yalnız 1 dəfə dəyişmək olar.

“Galaxy S9/S9+”-axarlı və yuvarlaq bucaqları smartfonlardan hətta bir əl ilə istifadəni komfortlu edir. 

Əsas kamera korpusda çıxıntı yaratmadan yerləşdirilib, barmaq izi skaneri isə kameranın altına köçürülüb. Skanerin arxa panel üzərində yerləşməsi ondan istifadəni daha  da asanlaşdırır və smartfonunuzu bir toxunuşla blokdan çıxarmağa imkan yaradır.Hər iki smartfon yeni kamera ilə təchiz olunmuşdur. “Galaxy S9+”-un əsas kamerası isə ikili modul üzərində işləyir.

Kamera obyektivinin yeni, işıq şəraitinə avtomatik uyğunlaşan texnologiyası sayəsində siz günün həm işıqlı, həmdə qaranlıq vaxtında yüksək keyfiyyətli təsvir əldə edə bilirsiniz. Həmçinin,istədiyiniz effekti almaq və ya kadrı çəkmək üçün sadəcə kameranıözünüzə uyğun tənzimləmək yetərlidir. 

İndi siz sakit gecənin və al-əlvan günəşin hər bir çalarını kameranızla ifadə edə biləcəksiniz. Hətta, göy qurşağının qəflətənpeyda olub, gözlənilmədən qeyb olmasının an-ba-an videonuzda əks etdirə biləcəksiniz. Belə ki,  yeni smartfonlar saniyədə 960 kadr sürəti ilə video çəkilişi aparmaq qabiliyyətinə malikdir. 

Smartfonların ön kameraları isə Selfimoji yarada bilirlər. Üz cizgilərinizəuyğun olaraq smartfon sizin animasiyalı emoji-niziyaradır. Bu animasiyalar sizin mimikanızı və jestlərini təkrarlayaraq sizin şəxsi emoji qalereyanızı yaradır. Bu il yaxınlarınızla ünsiyyət daha da canlı olacaq, belə ki, bu animasiyalardan mesenger-lər və sosial şəbəkələrdə istifadə edə bilərsiniz.  

“Galaxy S9” xəttinin  yeniflaqmanları ilə bu yazı fərqli keçirin və hər bir anınızı unudulmaz və parlaq edin!

“S9” xəttinin yeni smartfonları haqqında əlavə məlumatı Baku Electronics, Irshad Telecom, Kontakt Home, Maxi.Az, Soliton və Optimal mağazalar şəbəkəsindən əldə etmək olar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri