17 
Apr
2018
12:46
102
51
4579
Virtual karabakh

“Taksi 5” filmi dünya premyerasından iki gün öncə “CinemaPlus”da - VİDEO

17 Apr, 2018
12:46
4579

“Taksi 5” filmi dünya premyerasından iki gün öncə “CinemaPlus”da - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

17 aprel, 19:40-da, “Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında 2018-ci ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş Fransa istehsalı “Taksi 5” filminin iki gün öncədən nümayişi baş tutacaq.

Tədbirdə filmin dublyajında yer alan aktyorlar da iştirak edəcək.

Filmi Azərbaycan dilində Əlixan Rəcəbov, Vüsal Murtuzəliyev, Kəmalə Piriyeva, Mehin Hümbətova, Zümrüd Bədəlova, Vüsal Hacıqədir, Kamran Ağabalayev, Səid Nizami, Rövşən Məmmədli, Vüqar Hüseynov, Xətai Əli, Vüsal Mustafayev, Müşfiq Mirzəyev səsləndiriblər.

Dublyajın baş redaktoru Xətai Əli, rejissoru Rövşən Məmmədli, səs rejissoru Azad Vəliyev, səs operatoru Orxan Həsənli, tərcüməçi Qəmər Əfşani, post prodakşn supervayzeri Vüqar İslamzadə, baş prodüseri Cəfər Axundzadədir.

Ekran əsərinin rejissoru Franck Gastambidedir. Baş rolları Salvatore Esposito, Franck Gastambide və Sabrina Ouazani ifa edirlər.

Filmin süjet xəttinə görə, Marsel şəhərinin polis şöbəsinə keçirilən polis zabitinə güclü “Ferrari” avtomobillərində olan italyan oğru dəstəsini tutmaq həvalə olunur. Köməyə isə Danielin bacısının böyük qızı - əfsanəvi ağ taksidə dəhşətli sürücü gəlir.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri