May
2018
11:00
78
32
2276
Virtual karabakh

Qara rəngdən və maksimal parlaqlıqdan zövq al

5 May, 2018
11:00
2276

Qara rəngdən və maksimal parlaqlıqdan zövq al

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müasir filmlər qrafik elementlərlə və qaranlıq səhnələrlə zəngindir.

Filmin daha maraqlı və heyəcanlı olaması üçün kino rejissorlar daha çox  qaranlıq vaxtı çəkilmiş kadrlara üstünlük verirlər. 

Bəzən bütün film demək olar ki, bu cür səhnələrdən ibarət olur. Bu halda ekranda baş verənləri seçə bilmədiyimiz üçün biz filmi izləmək əvəzinə daha çox dinləyirik. Bu zaman hind filimlərində olduğu kimi şən mahnı oxunursa hamının xoşbəxt olduğunu, həyəcanlı və qorxulu notlar eşidiriksə təhlükənin yaxınlaşdığını  fərz edirik. Hamı razılaşar ki, hind filmlərinin o məşhur dava səhnələrinin səs effektlərini istənilən halda hamımız tanıyarıq. Yanız, həsrətlə gözlədiyin filmin ən maraqlı səhnələrini izləyə bilməmək çox üzücü haldır. 

Lakin, indi “Samsung TV” ilə istənilən filmə əvvəldən axıra kimi rahat baxa biləcəksiniz. HDR texnologiyası sayəsində siz ötürülən görüntünü rejissorun təsvir etdiyi kimi, ən xirda detallara qədər aydın görə biləcəksiniz. Həmçinin, yeni modellərdə rəng əhatəsi, parlaqlıq, təzadlıq və baxış bucağı kimi göstəricilər təkmilləşdirilərək, yaxşılaşdırılıb.

Adi sözlə desək, dolğun rəng və təsvir keyfiyyəti televizora hansı istiqamətdən baxmağınızdan asılı olmayaraq dəyişilməz olaraq qalır. Q Təzadlıq sayəsində isə televizor inanılmaz dərəcədə dərin qara və parlaq ağ rəng ifadə etməyə qadirdir. İndi siz əvvəllər film boyu axtardığınız əsas qəhrəmanın itinin, əslində filmin əvvəlində meşəyə qaçdığını biləcəksiniz. Hətta, bu aysız gecədə, qaranlıq meşədə gizlənmiş qara it olsa belə. Günün istənilən vaxtında və ətrafın işıqlandırmasından asılı olmayaraq, “QLED” ilə hər bir xırda detalın seyrindən zövq alın.

“Samsung QLED  TV” eyni anda yanan minlərlə şamın parlaqlığını ifadə edir. Belə bir parlaqlıq, təbii və gözləriniz üçün “rahat” olduğu üçün, hətta, sevimli seriyalınızın bütün seriyalarını davamlı seyr etsəniz də   gözləriniz yorulmayacaq. 

Həmçinin, sizi film seyrindən heç bir məqamın yayındıra bilməyəcəyinə əmin ola bilərsiniz, hətta, televizorun belə. Belə ki, istənilən interyerə uyğunlaşan dizaynı ilə “Samsung QLED” minimalistik üslubda ərsəyə gətirilmişdir. Burada əsas vurğu “çərçivəsiz” ekrandır ki, onun sayəsində görüntünün havada olduğu təəssüratı yaranır.  Sözü gedən unikal dizayn, müasir və zövqlü olmaqla yanaşı, həmçinin, ekranda baş verənlərin ab havasına dalmağa imkan yaradır. 

“QLED”  ilə özünüzə və dostlarınıza  razı qalacağınız əsl film gecəsi yaşadın.

“Samsung QLED TV” haqqında əlavə məlumat almaq üçün “Baku Electronics”, “Kontakt Home”, Maxi.az, “Soliton” və “Optimal” mağazalar şəbəkəsinə müraciət edə bilərsiniz.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri