11 
May
2018
16:00
25
60
1761
Virtual karabakh

“Samsung”dan Superxanımlar Liqası sizi gözləyir

11 May, 2018
16:00
1761

“Samsung”dan Superxanımlar Liqası sizi gözləyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Superxanımlar, hazırsınız mı?

O zaman idman geyimlərinizi, ketlərinizi hazırlayın və manikürünüzü səliqəyə salın, çünki nəyə qadir olduğunuzu sınamaq üçün maraqlı oyun sizi gözləyir.

Xanımların əvəzolunmaz köməkçisi  “Samsung” şirkəti əsas hədiyyəsi “ADD Wash” paltaryuyan maşını üçün mübarizə aparacağınız yarış təşkil edir. Özünü sınamaq istəyən hər kəsi iştirak etməyə çağırırıq.

Yarışlar komanda şəklində təşkil olunur. Hər komanda isə ana və uşaqdan (7-10 yaş) ibarət olmalıdır. Yarışlar bir neçə turu özündə birləşdirir:

1) Birinci tur - ən populyar  üç qadın cəmiyyətinin arasında yarış: “Active Mums”, “SupermaM” və “Empire beauté”
2) İkinci tur – lotereya köməyi ilə seçilən təsadüfi azarkeşlərdən ibarət komandalar arasında yarış
3) Final – birinci və ikinci turun qalibləri əsas hədiyyə olan 3 ədəd 7 kq-lıq “Add Wash” paltaryuyan maşını uğrunda mübarizə aparacaqlar 

Turnir sizdən xırda bacarıq və bir az fərasət tələb edəcək bir neçə tapşırıqdan ibarətdir.  Marafon çərçivəsində siz idman oyunlarında iştirak edə biləcək, həmçinin, məharətinizi göstərib, Super Xanımın əlindən hər bir işin gəldiyini bir daha sübut edəcəksiniz.

Sizi populyar DJ-in təqdimatında mahnılar, maraqlı oyunlar və hədiyyələr udmaq şansı gözləyir.  Belə ki, bütün iştirakçılara və azarkeşlərə “Samsung” tərəfindən 7 kq-lıq “Add Wash” paltaryuyan maşınının alışına endirim kuponu təqdim olunacaq (endirim dəyəri paltaryuyan maşınının modelindən asılıdır).

Bu hələ son deyil, ən aktiv azarkeşlərə və marafon oyunçularına xüsusi hədiyyə kuponu təqdim olunacaq. Sözü gedən kupon vasitəsi ilə “Add Wash” paltaryuyan maşınını əldə edərkən, “Samsung”dan hədiyyə olaraq Anti-Tangle tozsoranını əldə edirsiniz.

Bu kuponu siz həm özünüz istifadə edə bilərsiniz, həm də  yaxınlarınıza hədiyyə edə bilərsiniz. Qeyd edək ki, tanınmış blogerlər və “Samsung ADD Wash”ın siması Kəmalə Babayeva tədbirin qonaqları olacaqlar. 

Tədbir May ayının 13-də keçiriləcək,  məkan: Boks Arenası, keçirilmə vaxtı: 13:00 -18:00. 

Marafonda iştirak edən oyunçularımız unutmayın ki, idman paltarı və ayaqqabıları sizin rahatlığınızı və daha asan hərəkət etmənizi təmin edəcək. Həmçinin, qeyd edək ki,  bütün iştirakçılar saat  12:00-dən 15:00 dək qeydiyyatdan keçməlidirlər.

“Samsung”la birlikdə özünüzə və uşaqlarınıza yeni emosiyalar bəxş edin və əmin olun ki, ən uğurlu komanda ailənizdir, ələlxüsus bu komanda da Super Xanım varsa. 

Marafon haqqında əlavə məlumatı  şirkətin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri