14 
May
2018
11:00
54
21
1618
Virtual karabakh

Bakıda mobil məlumat təhlükəsizliyi forumu keçiriləcək

14 May, 2018
11:00
1618

Bakıda mobil məlumat təhlükəsizliyi forumu keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda informasiya texnologiyaları sahəsində çoxillik təcrübəyə malik “ATL Tech” şirkətinin təşkilatçılığı və mobil təhlükələr üzrə dövlət və biznes qurumları üçün kibertəhlükəsizliyi təqdim edən dünyaca məşhur “Kaymera” şirkətinin iştirakı ilə “Mobil tətbiqlər və məlumat təhlükəsizliyi” mövzusunda forum baş tutacaq.

Oxu.Az-ın məlumatına görə, forumda bu günümüz üçün çox aktual olan məlumat təhlükəsizliyi üzrə həllər, mobil tətbiqlərdən istifadə zamanı təhlükəsiz bağlantı və mobil tətbiqlərdən istifadə müzakirə ediləcək. 

Tədbirdə çıxışlar arasında təşkil olunan sual-cavab panelində rəqəmsal texnologiyalar sahəsində yerli bazara innovativ həllər və tətbiqlər təklif edən şirkətlərin nümayəndələri və mütəxəssislərlə birgə mövzu üzrə müzakirələr təşkil ediləcək.
 
“Mobil tətbiqlər və məlumat təhlükəsizliyi” Forumu, may ayının 30-da, “Four Season Hotel”də baş tutacaq. İştirakda maraqlı olan şirkət rəhbərləri və texniki rəhbərlər [email protected] ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat üçün əlaqə vasitələri:
E: [email protected]
T: 012 012 210 00 99

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri