16 
May
2018
12:46
11
55
2414
Virtual karabakh

“NETTY2018” nominantları müəyyən edir

16 May, 2018
12:46
2414

“NETTY2018” nominantları müəyyən edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“NETTY” Milli internet mükafatının iştirakçılarının sırasından nominantların seçim prosesi başlayıb. 

16 may 22 may dövründə müsabiqənin Ekspert Şurası (Şura hər əsas nominasiya üzrə üç nominant seçir) və Virtual münsiflər heyəti (münsiflər heyəti yalnız “Virtual Münsiflər Heyətinin Seçimi” nominasiyasında iştirakçıların ümumi sayından cəmi üç nominantı seçir) öz seçimlərini edəcək.

Müsabiqədə qələbəyə iddia edənlərin “NETTY 2018”-in nominantlarının yekun siyahısı 23 may tarixində elan ediləcək.

Ekspert Şurasının və Virtual Münsiflər Heyətinin seçiminə əsaslanaraq “NETTY” Akademiyası final səsverməyə başlayacaq. Akademiya mövcud nominasiyaların hər birində mükafatın qalibini müəyyən edəcək.

Həmin dövrdə həmçinin müsabiqədənkənar fəxri və həvəsləndirici nominasiyalar üzrə səsvermə keçirilir.

“NETTY2018” qalibləri rəsmi olaraq mükafatlandırmanın təntənəli mərasimində elan edilirlər. Mərasimə mükafatın bütün nominantları dəvət edilir. Tədbirin keçirilmə tarixi və yeri haqqında əlavə olaraq bildiriləcək.

İnternet-istifadəçilərin “Ən yaxşı Azərbaycan onlayn-videolayihəsi” kateqoriyasında nominantların seçiminə təsir etmək imkanı var. Xoşunuza gəlmiş layihəni “Layk” ilə https://www.netty.az/bestonlinevideo  dəstəkləmək olar.

Müsabiqə çərçivəsində bütün səsvermələr və seçimlər 22 may tarixində başa çatacaq.

Müsabiqə çərçivəsində əhəmiyyətli veb-resursların, ən yaxşı Azərbaycan İT-layihələrin, informasiya texnologiyaları sahəsində qabaqcıl xadimlər adları çəkilir. Texnologiyanın inkişafına və tərəqqisinə istiqamətləndirilmiş trendlər, innovasiyalar və proqressiv ideyalar qeyd olunur.

Cari ildə, müsabiqə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Mədəniyyət Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir

Mükafatın baş partnyoru - NAR.

Qızıl partnyor – “AzInTelecom” şirkətinin Data Mərkəzidir.

Şirkət-distribütor “Mi Mobile” şirkəti, “Carlsberg Azerbaijan” şirkəti, “BakuTel” sərgisi, “SmartHost” şirkəti, operator “KATV1”, “Golden Pay” şirkəti, “DEJURE” layihəsi, Renley.az veb-agentliyi mükafatın partnyorları qismində çıxış edirlər.

Layihənin informasiya partnyorları: “Infocity” jurnalı, CBC televiziya kanalı, Sputnik.az, Oxu.az, Media.az, Salamnews.org.

“NETTY” Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. “NETTY” - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində  Azərbaycanın birinci peşəkar mükafatıdır.

“NETTY” mükafatı Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyalar sahəsində  mütərəqqi xadimləri  üzə çıxarır. 

Mükafatla bağlı əməkdaşlıq məsələləri üzrə [email protected] ünvanına müraciət edə bilərsiniz.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri