31 
May
2018
10:00
89
34
7659
Virtual karabakh

“Samsung” yeni layihəsinə davam edir - FOTO

31 May, 2018
10:00
7659

“Samsung” yeni layihəsinə davam edir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda və dünyada beynəlxalq iqtisadiyyatın ən ciddi fiqurlarından biri kimi tanınan, elektronika satışı üzrə lider olan “Samsung” şirkəti yeni layihəsini davam etdirir.  

Layihənin əsas məqsədi ölkəsini dünyada tanıdan, vətənini beynəlxalq aləmdə layiqincə təmsil edən insanları, öz sahəsində görkəmli nailiyyətləri olan şəxsləri ən yaxşı “Samsung” məhsulları ilə dəyərləndirməkdir.

Bu dəfə “Samsung” şirkəti dünya şahmatının tanınmış siması, gənclər arasında ikiqat dünya, Azərbaycan milli komandasının heyətində üçqat Avropa çempionu, Vüqar Həşimov Memorialının ikiqat qalibi, Avropa Çempionlar Kubokunun sahibi, FİDE reytinqində üçüncü pillədə qərarlaşan şahmatçımız Şəhriyar Məmmədyarova “Samsung Galaxy S9+” mobil telefonunu təqdim edib.

Şəhriyar Məmmədyarov bu layihəyə görə “Samsung”a təşəkkür edib: 

“Mən çox şadam ki, “Samsung” məhz şəxsi keyfiyyətləri və nailiyyətləri dəyərləndirir. Bu, mənim üçün çox vacib amildir”.

Yeni telefona gəldikdə isə, qrossmeyster fikirlərini belə bölüşüb:

“Bu modelin keyfiyyətlərini şahmatla müqayisə edərdim. Çox ağıllı telefondur. Zəngin funksiyaları var. Onları öyrənmək üçün müəyyən vaxt lazım olacaq. Ekranı geniş olduğuna görə internetdə rahat şahmat oynamaq imkanım var.  

“Samsung Galaxy S9+”un foto çəkmək qabiliyyətini xüsusi qeyd edərdim. Yarışlarda olduğum zaman şəkil çəkdirməyi xoşlayıram. Bu mənada, “Samsung Galaxy S9+” köməyimə gələcək. Bir idmançı kimi yenilikləri çox sevirəm, hər bir şeydə yüksək keyfiyyət və funksionallığa önəm verirəm”.

Qeyd edək ki, “Samsung” şirkəti Azərbaycanı müxtəlif sahələrdə dünyada layiqincə tanıdan insanlara premium hədiyyələri təqdim etməklə, onların ən yaxşı məhsullara layiq olduğunu vurğulamağa bu layihə çərçivəsində davam edəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri