31 
May
2018
09:46
137
21
5671
Virtual karabakh

AZAL iki yeni istiqamətə aviareys açdı

31 May, 2018
09:46
5671

AZAL iki yeni istiqamətə aviareys açdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın milli aviadaşıyıcısının www.azal.az saytında AZAL-ın iki yeni istiqaməti  - Səudiyyə Ərəbistanının Burayda (Əl-Qassim Beynəlxalq Aeroportu - ELQ) və Ciddə (Kral Əbdüləziz Beynəlxalq Aeroportu - JED) şəhərlərinə yerinə yetirilən reyslərə aviabiletlər əldə etmək olar. 

Birbaşa uçuşlar yay cədvəli çərçivəsində  həftədə bir dəfə həyata keçiriləcək. Bakı-Ciddə-Bakı reysləri cümə axşamı (iyunun 21-dən avqustun 30-dək) və Bakı- Əl-Qassim-Bakı reysləri cümə günləri (iyunun 15-dən avqustun 31-dək) yerinə yetiriləcək.

Yeni reyslərin açılması Yaxın Şərqdən əlavə turist axınını cəlb etməyə imkan verəcək, müqəddəs ziyarətgahları daha əlçatan edəcək, həmçinin iki ölkə arasında işgüzar münasibətləri dərinləşdirəcək.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz: (+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)
E-mail: [email protected] 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri