11 
İyn
2018
15:18
164
89
11575
Virtual karabakh

“Volkswagen” müştərilərinə beş il pulsuz xidmət göstərəcək - FOTO

11 İyn, 2018
15:18
11575

“Volkswagen” müştərilərinə beş il pulsuz xidmət göstərəcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 10-da “Volkswagen”in Azərbaycanda yeganə rəsmi təmsilçisi “Volkswagen” Bakı Mərkəzi tərəfindən jurnalistlər və tanınmış simalar üçün tədbir təşkil edilib.

İyunun 10-da “Amburan Beach Club”da keçirilmiş axşama şirkət nümayəndələri, tanınmış simalar və öndə gedən jurnal və informasiya portallarının nümayəndələri dəvət olunub.

Qonaqlar arasında Hacı Nuran, Cavid Gül, Azər Zahid, Dj Tural, bir sıra informasiya saytlarının nümayəndələri iştirak edib.

BEŞ İL PULSUZ SERVİS, BEŞ İL ZƏMANƏT 

“Volkswagen” Bakı Mərkəzi öz müştəri yönümlü siyasəti və çox unikal kampaniyaları ilə hər zaman avtomobil sürücülərini və müştərilərini sevindirir. “Beş il Tam Pulsuz Servis” kampaniyası da bu yönümdə yeganə təkliflərdən biridir.

Belə ki, 2018-ci il istehsalı “Volkswagen Passat” avtomobili ölkədə görünməyən şərtlərlə, beş il və ya 150 min km-ə qədər tam pulsuz servis xidməti ilə təklif olunur. Pulsuz servis dedikdə bütün ehtiyat hissələri, servislər və usta haqqı nəzərdə tutulur. Sürücülərə yalnız avtomobilə yanacaq doldurmaq və vaxtında avtomobili servisə gətirmək qalır.

Qonaqlara yeni “Volkswagen Passat” modeli ilə əyani tanış olmaq imkanı yaradılıb. Bildirilib ki, tam yeni “Passat” 1,8 litr, 180 at gücündə mühərrik ilə təchiz edilib. Yeddi pilləli sürət qutusu ilə təchiz edilən “Passat” 100 km/saat sürətinə 7,7 saniyədə çata bilir.

Eyni zamanda, 8.1 düym ekran, “Bluetooth” və hətta səs ilə idarə etmə sistemi artıq baza təchizatında təklif olunur. “Active İnfo Display” məlumat paneli, təkmilləşdirilmiş 360 dərəcəli dairəvi görünüş sahəli “Passat Volkswagen”in çox sərfəli və etibarlı modeli olduğunu göstərir.

“Volkswagen Passat” öz premium seqmentində çox əlverişli qiymətə, 53900 manatdan başlayan qiymətlərlə təklif olunur, bu isə onu rəqibləri arasında ən sərfəli edir.

Avtomobil əsasən üç komplektasiyada - Passat Comfortline, High-line və R-line komplektasiyasında təqdim olunur.

Təqdimat şam yeməyi və fotosessiyalarla davam edib. Məhşurlara şirkət tərəfindən korporativ hədiyyələr paylanılıb.

Daha ətraflı məlumat üçün: 

*7788
(+994 12) 555 77 88

www.volkswagen.az

https://www.facebook.com/VolkswagenAZ

https://www.instagram.com/volkswagen_azerbaijan/

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri