21 
İyn
2018
18:30
83
96
4552
Virtual karabakh

Gəncə Mall-da “CinemaPlus” kinoteatrının rəsmi açılışı baş tutub - FOTO/VİDEO

21 İyn, 2018
18:30
4552

Gəncə Mall-da “CinemaPlus” kinoteatrının rəsmi açılışı baş tutub - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncənin ən böyük ticarət-əyləncə mərkəzi – “Gəncə Mall”-da “CinemaPlus” premium kinoteatrının rəsmi açılışı baş tutub. Açılış günü kinoteatr xüsusi dekorasiya ilə bəzədilib.

Qonaqlar üçün klassik musiqi müşaiyəti altında furşet təşkil olunub.  

Açılışda “CinemaPlus” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev, “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə şurasının üzvü və Biznesin inkişafı departamentinin rəisi Zaur Darabzadə, “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə şurasının üzvü və Repertuar planlaşdırılması departamentinin rəisi, “Cinemazadeh” kino şirkətinin baş prodüsseri və “Cinema Distrubution” yayım şirkətinin baş direktoru Cəfər Axundzadə çıxış ediblər.

Tədbirin rəsmi hissəsindən sonra Heydər Əliyev fondunun dəstəyi ilə, rəhbəri və baş prodüseri Arzu Əliyeva olan, “Bakı Media Mərkəzinin” Azərbaycanın uzun illərdən sonra yenidən müstəqillik qazanmağı haqqında bəhs edən  “Son İclas” sənədli filmi nümayiş olunub. 

Tədbirin növbəti hissəsində isə qonaqlar “Cinema Distribution” şirkətinin təqdim etdiyi “Kəklikotu” filmini izləyiblər. 

“CinemaPlus” yüksək parlaqlığa malik olan yeni nəsil “Barco” proyektorları və səs sistemləri ilə təchiz olunub. Kinoteatr 5 zal və 453 oturacaq yerindən ibarətdir. Bundan başqa “CinemaPlus” kinoteatrı GetD texnologiyasını tətbiq edir.   

Kinoteatr Heydər Əliyev prospektinin Əziz Əliyev küçəsi ilə kəsişməsində yerləşir.  

Tədbirin təşkilində köməklik göstərmişdi: Cinemazadeh dublyaj studiyası, Cinema Distribution, Kolorit Kafe və Foto Gallery. 

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri