18 
İyl
2018
12:43
24
117
2497
Virtual karabakh

“Bank Respublika”dan yerli startaplara dəstək - FOTO

18 İyl, 2018
12:43
2497

“Bank Respublika”dan yerli startaplara dəstək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Startaplar hər zaman biznesə təkan verən qüvvə olub. Məlumdur ki, bir çox böyük biznes ideyaları zamanında adi startap kimi başlayıb.

Orijinal ideya və mükəmməl komanda ilə yanaşı, startapı inkişaf etdirmək üçün özünüzü bəyan etmək bacarığı da tələb olunur: layihəni elə təqdim etmək lazımdır ki, insanlarda maraq oyansın, bununla belə, startap reallığa maksimum dərəcədə yaxın olmalıdır.

Bu məqsədlə “Bank Respublika” Azərbaycan İqtisad Universitetində təhsil alan tələbələr tərəfindən yaradılmış startaplar üçün Qusar şəhərində üç günlük təlim təşkil edib.

Tədbirə dəvət olunan ekspertlər üç gün ərzində gənc sahibkarlar üçün İT sahəsindəki son tendensiyalar, müştərilərin və onların ehtiyaclarını daha yaxşı başa düşmək, məhsulların və hədəf qrupunun xarakterik üstünlüklərini müəyyən etmək, qiymətli və unikal təklifi yaratmaq və müştərilərlə iş səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üsullarını izah ediblər.

Çevik və interaktiv format, istənilən sualları vermək imkanlı, praktiki tapşırıqlar və iştirakçıların təcrübə mübadiləsi bu tədbiri hər kəs üçün qiymətli və çox maraqlı edib.

“Təlimin məqsədi iştirakçıların məhsullarını dəyişkən biznes-mühitinə uyğunlaşdırmağın öyrədilməsi, innovasiyaların ön sıralarında yer almaları, uğur qazanmış şirkətlərin istifadə etdikləri metodika və vasitələrindən faydalanıb məhsulları inkişaf etdirmək üçün operativ qərarların qəbul edilməsidir. 

Bu üç gün ərzində istedadlı gəclərimizə dəstək vermək, onlarla fikir və təcrübə mübadiləsini aparmaq bizim üçün sevindirici oldu. Bankımız bundan sonra da yerli startaplara dəstək verməkdə davam edəcək”, – deyə “Bank Respublika”nın Marketinq departamentinin rəhbəri Əli Daşdəmirov qeyd edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri