18 
İyl
2018
13:02
43
65
2758
Virtual karabakh

Bakıda “Intel”, “Nutanix” və “Lenovo” şirkətləri birgə konfrans keçirdi

18 İyl, 2018
13:02
2758

Bakıda “Intel”, “Nutanix” və “Lenovo” şirkətləri birgə konfrans keçirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Intel, NutanixLenovo şirkətləri müasir data-mərkəzləri üçün innovativ infrastruktur həllərinə dair birgə konfrans keçirib.

Bir neçə gün öncə Bakının Bilgah Beach hotelində yarımkeçirici komponentlərin aparıcı istehsalçısı olan “Intel”, korporativ bulud hesablamalarının həlləri sahəsində lider sayılan “Nutanix” və biznes üçün innovativ texnoloji həllərin və məlumatların emalı mərkəzlərinin istehsalı sahəsində lider kimi tanınan Lenovo şirkətləri tərəfindən konfrans təşkil olunub.

“Gələcəyin Data Mərkəzi Bu Gün!” şüarı ilə təşkil edilən tədbir “Intel”, “Nutanix” və “Lenovo” şirkətlərinin birgə infrastruktur həllərinə və məlumat mərkəzləri üçün gələcək texnologiyalara həsr olunub. Konfrans iştirakçıları Azərbaycandakı tərəfdaşların həyata keçirdiyi layihələrlə də tanış olublar.

“Nutanix” şirkətinin Rusiya, MDB ölkələri, Şərqi Avropa və Türkiyədə OEM-alyanslar üzrə direktoru Piter Meycer (Peter Major) qonaqları giriş sözü ilə salamlayarkən qeyd edib ki, şirkət korporativ bulud infrastrukturunun qurulmasında uğur qazanıb.

“Nutanix” bulud mühitində iştirakını genişləndirmək məqsədilə çalışır, bu səbəbdən ortaq ekosistemin inkişafı artım dinamikasının qorunub-saxlanılması istiqamətində ən vacib komponentə çevrilir.

“Bizim bulud üzrə mövcud həll yollarımız müasir data idarəetmə ssenarilərində xüsusilə tələb olunur, çünki şirkətlər rəqəmsal transformasiyaya kəçmək ərəfəsindədirlər”, – deyə Piter Meycer çıxışında qeyd edib.

EMEA bölgəsində baş direktor müavini və Intelin korporativ vitse-prezidenti Dr. Michael F. Kowalik, gələcəyin məlumat mərkəzləri ilə əlaqədar söylədiyi nitqində vurğulayıb ki, bu gün də hər kəsi rəqəmsal transformasiya mövzusu narahat edir.

“Şirkətlər bu istiqamətdə pul qazanmaq və biznesin inkişafına diqqət yetirmək üçün kifayət qədər tez hərəkət etməlidirlər. Buna görə “Intel” gələcək üçün rəqəmsal strategiyalar üçün aparıcı drayver olmaq niyyətindədir.

Mövcud tərəfdaşlıq sayəsində şirkət “Lenovo” və “Nutanix” müştərilərini ən son texnologiyalarla təmin edə bilər və elə bu gün onlara biznesin sürətli transformasiyasına imkan yaradar”, - deyə Kovalik qeyd edib.

Konfransın əsas hissəsində “Nutanix” şirkətlərin Şərqi Avropa və Rusiya üzrə texniki direktoru Maxim Shaposhnikovun çıxışı yer alıb. Məruzəçi “Nutanix”ə dünya bazarında aparıcı yer tutmağa imkan verən həllərinin üstünlüyü haqqında danışıb.

“Data mərkəzlərinin daimi təkmilləşdirilməsi infrastrukturu mürəkkəbləşdirərək yeni investisiyalar tələb edir. Məlumat mərkəzinin İT-landşaftının qurulması paradiqmasını dəyişdirmək tələb olunur.

“Nutanix” tərəfindən yaradılan ekosistem proqramla təyin edilən hesablama üsulları, şəbəkə kommunikasiyaları və “hər şey daxil” prinsipi ilə məlumatların saxlanılmasından istifadə etdikdə yüksək məhsuldarlıq və imtinaya davamlılıq göstərir”, – söyləyərək Maksim Şapoşnikov qeyd edib.

“Lenovo Datacenter Group”un Azərbaycan üzrə rəhbəri Rasim Bəxşi tədbir iştirakçılarını “Lenovo ThinkAgile” aparat platforması ilə tanış edib. “Bona Dea International Azerbaijan” hospitalında 2017-ci ilin sonunda həyata keçirilən unikal layihənin uğurları qeyd olunub.

Bu layihə 72 müxtəlif tibbi əlavənin presedentsiz inteqrasiyasını özündə cəmləşdirir. Həmin əlavələr “Lenovo HX” platformasında tibbi proqram təminatlarının dünyaca məşhur istehsalçılar tərəfindən hazırlanıb.

Eyni zamanda, əməliyyat sisteminin sonuncu versiyasının ən qabaqcıl imkanları və “Nutanix”in AHV hipervizoru ilə dəstəklənir. Rasim Baxşı onu da qeyd edib ki, “Lenovo” şirkətinin “Intel” və “Nutanix” ilə əməkdaşlığı nəticəsində əldə etdiyi nailiyyətləri bu ilin may ayında New Orleans şəhərində (ABŞ) Nutanix.NEXT. konfransında təqdim edilib.

Azərbaycandan olan nümayəndə heyəti “Nutanix” şirkətinin həmtəsisçisi və rəhbəri Diraş Pandeylə (Dheeraj Pandey) və şirkətin prezidenti Sudiş Nairlə (Sudheesh Nair) görüş keçiriblər. Görüş zamanı Azərbaycanda həyata keçirilən təşəbbüslər yüksək qiymətləndirilib.

Tədbirin rəsmi hissəsini Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli tamamlayıb.

Yüksək Texnologiyalar Parkı əsasında tədqiqat və təhsil layihələrinin həyata keçirilməsi sahəsində “Intel”, “Nutanix” və “Lenovo” ilə əməkdaşlıq planları barədə məlumat verib. Kofrans bitdikdən sonra iştirakçılar ekspertlərə onları maraqlandıran sualları qeyri-rəsmi şəraitdə ünvanlaya biləcəklər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri