Avq
2018
10:00
51
42
10983
Virtual karabakh

“Samsung Galaxy A6/A6+” - Məlumatlarınız üçün geniş yaddaş və etibarlı mühafizə

3 Avq, 2018
10:00
10983

“Samsung Galaxy A6/A6+” - Məlumatlarınız üçün geniş yaddaş və etibarlı mühafizə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlumatlarımızın saxlanılması üçün daha geniş yaddaşın təmin edilməsi və onların istənməyən müdaxilədən qorunması günümüzün ən böyük problemlərindən biri sayıla bilər. Smartfon şəkil, plastik kart məlumatları, sosial media hesabları kimi bir çox şəxsi məlumatın yerləşdiyi cihazdır, və onun təhlükəsizliyinin təmin olunmasından əmin olmalıyıq.

Belə ki, yeni “Samsung Galaxy A6” xəttinin smatfonları məlumatlarınızın saxlanılması üçün geniş yaddaş, onların qorunması üçün isə bir neçə mərhələli qorunma sistemini təqdim edir.

Super Amoled displey və 18,5:9 formatlı alüminium korpus ilə təchiz olunmuş “Galaxy A6” xətti müasir və cəlbedici təəssürat bağışlayır. Smartfonlar F 1.7 geniş diafraqmalı 16 MP-lik əsas kamera ilə təchiz olunublar.

Qeyd edək ki, “Galaxy A6+” smartfonunun əsas kamerası əlavə 5 MP-lik modulla təchiz olunub. Bu modulun sayəsində siz “life focus” çəkim rejimindən istifadə edə bilərsiniz. Smartfonların frontal kamerası adi şəkillərlə yanaşı, həm də geniş formatlı “panoram” şəkillər də çəkə bilir.

“Galaxy A6” smartfonunun selfi kamerası 16 MP, “Galaxy A6+” isə 24 MP-dir. MP-lər artdıqca, belə kameralarla çəkilən şəkillərin də həcmi daha böyük olur. Lakin “Galaxy” xətti smartfonların yaddaşının microSD kart bölməsinin köməyilə 256 QB-ta qədər artırılmasını mümkün edir. Əlavə olaraq “Galaxy A6/A6+” istifadəçilərinə “Samsung Cloud” virtual yaddaş bazasında 15 QB təqdim edilir.

Foto, film və sənədlərinizi etibarlı və rahat yerdə saxlayın. “Samsung Cloud” sizə istədiyiniz anda və yerdə məlumatlarınızın surətini yaratmağa, bərpa etməyə və ya yeniləməyə imkan yardır. Burada məlumatlarınızı yaddaşda saxladıqda, cihazınız sıradan çıxarsa və ya itərsə, məlumatlarınızın təhlükəsizliyi barədə düşünməyinizə ehtiyac qalmır. 

Belə bir hadisə baş verərsə, siz məlumatlarınızı istənilən yeni cihazda asanlıqla bərpa edə biləcəksiniz. Əsas ekran quruluşundan, çalar, saat və WiFi tənzimləmələrinə qədər bütün şəxsi məlumatlarınız sizə dəyişmədən geri dönəcək.

“Samsung Cloud”dan istifadə etmək üçün əlavə proqram tələb olunmur, sadəcə, öz “Samsung” hesabınıza daxil olmağınız yetərlidir. Ən əsası isə “Samsung Cloud”dan istifadə pulsuzdur və zamanla məhdudlaşdırılmır.

Yeni “Galaxy A6” xətti ilə şəxsi məlumatınızın daim mühafizə altında olduğundan əmin ola bilərsiniz. Etibarlı barmaq izi skaneri sistemi smartfonun kilidini açmağa və bir çox şifrə tələb edən əlavə və saytlara daxil olmağa imkan yaradır.

Yeni modellərdə barmaq izi skanerinin korpusun arxa hissəsində əsas kameranın altında yerləşdiyindən, istifadəsi olduqca rahatlaşıb. İndi telefonunuzun kilidini sadəcə əlinizə götürməklə aça bilərsiniz. 

Barmaq izi skanerindən əlavə burada smartfonun etibarlı mühafizəsinin təmin edilməsi üçün “face recognition” funksiyasından da istifadə olunur. İndi smartfonun kilidini açmaq üçün onu üzünüzə yaxınlaşdırmaq kifayətdir. “Face recognition” texnologiyası cihaz kilidinin yalnız sahibi tərəfindən açıla bilməsinin zəmanətidir, bunun sayəsində məlumatlarınızın daim etibarlı qorunduğuna əmin ola bilərsiniz.

Yeni “Galaxy A6” xətti ilə siz məlumatlarınızın qeyd edilməsi üçün daha çox yaddaş  və onların yüksək təhlükəsizlik şəraitində qorunmasının təmin olunmasını əldə edirsiniz.

Yeni “Galaxy A6” xəttinin smartfonları haqqında əlavə məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri