Avq
2018
10:00
57
36
8947
Virtual karabakh

“Samsung AddWash” – sadəcə paltar yumur, paltarları tərtəmiz edir

9 Avq, 2018
10:00
8947

“Samsung AddWash” – sadəcə paltar yumur, paltarları tərtəmiz edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paltaryuyan maşında paltar yumaqdan daha asan nə ola bilər? Lakin bu, göründüyü kimi asan iş deyil, belə ki, vaxtaşırı təmiz yuyulmamış paltarlarla qarşılaşırıq. Bu, təkcə parçaya hopmuş ləkə deyil, yuyucu toz qalıqları da ola bilir. Paltaryuyan maşından əşyalarınızı toplayarkən, onlardan kəskin yuyucu toz qoxusunu hiss edə bilərsiniz.

Buna soyuq su, yetərsiz su təzyiqi və s. kimi bir çox amillər səbəb ola bilər. Lakin keyfiyyətsiz yuyulan paltarların zərəri çox böyükdür. Təmizləyici maddələr yaxşı yuyulmadığı halda belə əşyalar tənəffüs yollarının bir çox xəstəliklərinə və allergiyalara gətirib çıxara bilir.

Yalnız artıq EcoBubble texnologiyası ilə təchiz olunmuş “Samsung AddWash” paltaryuyan maşınları ilə siz əşyalarınızda yuyucu toz qalıqlarını unuda bilərsiniz.

Bu texnologiyalı maşınlar köpük generatoru ilə təchiz olunublar. Belə ki, yuma prosesi başladıqdan bir neçə saniyə sonra bu generator yuyucu tozu aktiv köpüyə çevirir. Hava və suyu daxilində toplayaraq, cihaz yuyucu vasitəni suda həll edir və onu köpüyə çevirir. Məsaməli quruluşu sayəsində yuma kamerasında geyim və baraban arasında köpük “yastığı” yaradılaraq paltarların təmiz yuyulmasına nail olunur.

Köpük parçanın dərinliklərinə daxil olaraq, çirki və ləkələri daxildən təmizləyir. EcoBubble texnologiyalı paltaryuyan maşınları yuyucu maddəni tam yumaqla yanaşı, hətta soyuq suda belə təmizliyə nail olaraq, elektrik enerjisinə qənaət etməyə imkan yaradır. Çirk və ləkələr parçaya əlavə təsirsiz yuyulub, təmizləndiyindən paltarlarınız forma və rəngini itirmədən uzun müddət yeni kimi qalacaq. 

“Samsung AddWash” paltaryuyan maşınlarının ən üstün xüsusiyyəti paltarların sonrada əlavə edilməsi üçün nəzərdə tutulan “qapıdır”.

Əvvəllər unutduğunuz paltarları gələn dəfəyə saxlamaq məcburiyyətində qalırdınızsa, indi yuma prosesinin istənilən anında, sadəcə, Pause düyməsini basaraq əlavə qapının köməyi ilə paltar əlavə edə bilərsiniz. Həmçinin, “Samsung AddWash” paltaryuyan maşınları inventer mühərrikləri ilə təchiz olunublar.

Bu mühərriklərin sayəsində paltaryuyan maşınlar daha sakit işləyir, həmçinin daha uzun istismar müddətinə malikdirlər. Uzunömürlülük və yüksək işləmə gücü - bu texnologiyanın ən üstün cəhətləridir. 

Adi mühərrikdən fərqli olaraq inverter mühərrikləri maqnit ilə təchiz olunublar, bu səbəbdən işləmə zamanı detalların köhnəlməsi və sürtülməsi aradan qaldırılaraq, səs və vibrasiya azaldılmışdır. Qeyd etmək lazımdır ki, istehsalçı bu tip mühərriklərə 10 il zəmanət təqdim edir.

“Samsung AddWash” paltaryuyan maşınları haqqında əlavə məlumatı Baku Electronics, Kontakt, Maxi.az və Optimal mağazalar şəbəkəsindən əldə etmək olar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri