15 
Sen
2018
10:00
36
56
8435
Virtual karabakh

Yeni “Samsung Galaxy Note9” smartfonlarının süni intellektli kamerası

15 Sen, 2018
10:00
8435

Yeni “Samsung Galaxy Note9” smartfonlarının süni intellektli kamerası

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fotoşəkil dövrümüzün fenomeninə, smartfon isə ən vacib anları və yaşadığımız emosiyaları əks etdirən ən vacib vasitəyə çevrilib. Lakin əldə olunan şəkillərin keyfiyyəti hər zaman arzulanan olmur, belə ki, tələb olunan perspektiv, işıq və rakurslardan bir çoxumuzun anlayışı yoxdur. Bu səbəbdən ideal və müasir smartfonun daim əlimizin altında olması mütləq şərtlərdəndir. Belə ki, indi istədiyimiz anda kamera bizimlədir.

Beləliklə, yeni “Samsung Galaxy Note9” smartfonunun kamerası əvvəldən sonadək çəkim prosesini tənzimləyərək, sonda sizə ideal təsvirdən zövq almağa imkan yaradır. 12 MP-lik ikili əsas kamera insan gözünün anatomiyası əsasında qurulmuş işləmə prosesinə malikdir. 

Dəqiq və təzadlı təsvirlər yaratmaq üçün işıqlandırma şəraitindən asılı olaraq, kamera iki rejimdən birinə avtomatik keçid alır: qaranlıqda daha çox işıq toplamaq üçün obyektivi genişləndirir (F1.5), parlaq işıqda isə kiçildir (F2.4).

Həmçinin, kamera “Life focus” rejimi ilə təchiz olunub ki, bu da ətraf fonu yayaraq, kadrda simaları ön plana çıxarır. Zəif işıqlandırma şəraitində isə kamera bir neçə fotoşəkil çəkərək, onları bir aydın təsvirə birləşdirir.

Yeni “Samsung Galaxy Note9”-un kamerası smartfonla çəkilən fotoşəkilləri yeni yüksəkliklərə daşıyan süni intellekt üzərində işləyir. Sizin çəkdiyiniz şəkillər keyfiyyətli və gözəl olduğu halda, sizinlə çəkilən şəkillərin tam əksi olduğu halları müşahidə etmisinizmi? Çox zaman şəkillərdə gözlərimiz bağlı halda və ya obyektivə baxmadan düşürük və ya təsvir o qədər bulanıq olur ki, özümüzü seçib, tapa bilmirik.

Yeni “Samsung Galaxy Note9” ilə Flaw Detection funksiyasının sayəsində hətta hərəkət zamanı və “titrəyən əllərlə” çəkilmiş fotoşəkillər mükəmməl olacaq. İndi təsvirdə qüsur olarsa, anı itirmədən təkrar şəkil çəkməyiniz üçün smartfon sizi dərhal yaranmış nöqsan barədə xəbərdar edəcək. Şəkil bulanıq olduqda, “gözlərin qırpılmasında”, linzada ləkə olduqda və ya arxa fon işıqlandırması təsvir keyfiyyətinə təsir etdikdə müvafiq xəbərdarlıq displeydə əks olunacaq.

Scene Optimizer sayəsində isə kamera süni intellekt vasitəsilə təsvirdə əks olunan: qida, portret, güllər, mənzərə və s. kimi obyektləri təyin edir. Belə ki, kamera təsvir edilmiş obyekti avtomatik olaraq mövcud 20 kateqoriyadan birinə aid edərək, müvafiq rəng və təzadlıq tənzimləmələrini dərhal icra edir. Nəticədə parlaq rəngli və dinamik təzadlı keyfiyyətli, real foto əldə edirsiniz.

Hətta smartfondan uzaq məsafədə olarkən belə Bluetooth funksiyalı innovativ elektron S Pen stilusunun köməyilə keyfiyyətli selfi çəkə bilərsiniz. Belə ki, “Galaxy Note9”-un 8 MP-lik frontal kamerası simaları avtomatik təyin edərək, onları fokusa yerləşdirir, sizə isə, sadəcə, S Pen-in düyməsini basmaq qalır. Və budur - əla şəkil hazırdır.

Həmçinin, qeyd etmək lazımdır ki, smartfon fotoşəkillərinin, kameralarının və linzalarının keyfiyyətini qiymətləndirən müstəqil bençmark olan DxOMark-ın təqdim etdiyi siyahıda smartfonlar arasında “Galaxy Note9” ilk üçlüyə daxil olub.

“Yeni Galaxy Note9” smartfonları haqqında əlavə məlumatı Baku Electronics, Kontakt Home, Irshad Electronics, Maxi.Az və Soliton mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri