Okt
2018
10:00
24
53
6110
Virtual karabakh

Yeni “Samsung Galaxy Tab S4” – planşetlə daha geniş imkanlar

4 Okt, 2018
10:00
6110

Yeni “Samsung Galaxy Tab S4” – planşetlə daha geniş imkanlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bizim yaşayış tərzimiz geniş funksionallığı olan daha yığcam cihazlar tələb edir. Tarixə nəzər salsaq, bizim “ağıllı köməkçilərimizin” bir-birinin ardınca daha mobil və çoxfunksiyalı cihazlara çevrilməsinin şahidi ola bilərik.

Belə ki, ixtira edilmiş personal kompüter daha portativ notebook ilə, əslində, “danışmaq” üçün yaradılmış telefon isə günümüzdə bir çox funksiyası olan qadjetə çevrilib. Lakin zaman keçdikcə kompüterlərdən telefonlara keçid daha gözəçarpan və qabarıq formada ifadə olunmağa başlayır və 1968-ci ildə Alan Key “Dynabook” adlanan planşeti xatırladan cihazı təqdim edir.

Beləliklə, təkamül zənciri bərpa olunur, kompüter “personal”, smartfon isə “cib cihazı” olaraq  qalır, onların aralığında isə istənilən məkanda gündəlik tələbatın bir çoxunu ödəməyə qadir olan ideal cihaz yaradılır.

Yenicə təqdim edilmiş “Samsung Galaxy Tab S4” – 10,5” düymlü planşet kompüteridir. Planşetin alüminium haşiyəyə alınmış incə korpusu gücləndirilmiş şüşə ilə örtülüb. Bununla yanaşı, korpusun həm ön, həm də arxa panelləri keyfiyyətli oleofob qatı ilə təchiz olunub. “Galaxy Tab S4”-də 2560х1600 icazəli Super AMOLED matrisası istifadə edilib. Bu displeydə rənglər dolğun və parlaq, qara rəng isə dərin ifadə olunur.

Təqdim edilmiş yeni məhsul xətlərində olduğu kimi, burada da “Samsung” ənənəvi mexaniki “Home” düyməsindən imtina edib. Həmçinin, cihazda barmaq izi skaneri, yəni daktiloskop əvəzinə, gözün qüzehli qişası skaneri və “face recognition” funksiyasından istifadə olunub.

Qeyd edilən mühafizə üsulları planşetin ön kamerası ilə həyata keçirilir. Qeyd etmək lazımdır ki, planşet 13MP-lik əsas və 8MP-lik selfi kamerası ilə təchiz olunub.

Xüsusi örtük vasitəsilə qoşulan klaviatura sayəsində “Galaxy Tab S4” portativ kompüterə çevrilir. Belə ki, DeX rejimində siz bir neçə açıq pəncərə ilə işləyə, faylların yerini asanlıqla dəyişə bilərsiniz.

Yeni planşetlə birgə siz S Pen elektron stilusu əldə edirsiniz. Bu stilusun köməyi ilə rəsm çəkə, qeydlər yaza (həmçinin bağlı ekranda belə), şəkilləri redaktə edə, “screenshoot”lar yarada və ya sözləri tərcümə edə bilərsiniz. 64Qb-lıq daxili yaddaş və MicroSD kart ilə 400 Qb-a qədər artırıla bilən yaddaş sayəsində sizin video və sənədlərinizi saxlamaq üçün yetərincə yeriniz olacaq. 

“Sleep” rejimində “Galaxy Tab S4” ağıllı ev displeyinə çevrilir. Planşet “yuxuya gedibsə”, Daily Board funksiyasının köməyilə siz ekranda sevimli şəkillərinizin əks etdirilməsini tənzimləyə bilərsiniz. Həmçinin, planşet təqvim kimi fəaliyyət göstərərək, displeydə hava proqnozu, vaxt və tarix göstərilə bilər.

“Galaxy Tab S4” məhsul xətti ilə “Samsung“” nəinki texniki xüsusiyyətləri ilə önə çıxan, eyni zamanda, proqram təminatı ilə seçilən cihazlar təqdim edib. Belə ki, bu seriyanın planşetləri həm incəsənət adamları və ofis işçiləri, həm də kino həvəskarları və uşaqlı ailələrin zövqünü oxşamış olacaq.

Yeni “Galaxy Tab S4” planşetləri haqqında əlavə məlumatı Baku Electronics və Irshad Electronics mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri