Okt
2018
10:00
20
99
5252
Virtual karabakh

“Samsung” şirkəti adından istifadə edən fırıldaqçılar peyda olub

9 Okt, 2018
10:00
5252

“Samsung” şirkəti adından istifadə edən fırıldaqçılar peyda olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir müddət öncə “Samsung” şirkətinin adından istifadə edərək əhalidən dolandırma yolu ilə pul alan şəxslər barədə məlumat yayılıb. Sadə fırıldaq sxemi üzərində qurulan bu yalan bir neçə vətəndaşın maddi durumuna ziyan vurub.

Bu şəxslər evlərə gələrək və ya ictimai yerlərdə vətəndaşlara “yeni mağazanın açılması” münasibətilə ödənişin bir hissəsinin elə yerindəcə edilməsi müqabilində böyük endirim vəd edirlər.

Bu oyunun qurbanı olan vətəndaşlar ilkin ödənişi etdikdən sonra “satıcılar” ya qeyb olurlar, ya da şirkət məhsulu əvəzinə mənşəyi məlum olmayan texnika təqdim edirlər.

Bu şəxslərə aldanmayın!

“Samsung” şirkəti heç bir halda “əldən” satış həyata keçirmir. Bununla yanaşı, satış təmsilçisinin yalnız və yalnız rəsmi satış nöqtələrində (mağazalarda) alqı-satqı əməliyyatı aparmağa səlahiyyəti vardır.

Diqqətli olun, özünüzü və yaxınlarınızı fırıldaqçılardan qoruyun.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri