12 
Okt
2018
17:18
36
87
8103
Virtual karabakh

“Bakcell”dən Alman-Azərbaycan forumunun keçirilməsinə dəstək

12 Okt, 2018
17:18
8103

“Bakcell”dən Alman-Azərbaycan forumunun keçirilməsinə dəstək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell” oktyabrın 9-da Bakıda keçirilmiş Azərbaycanda Enerji və İKT üzrə Alman-Azərbaycan biznes-forumunun sponsoru olub.

Forum Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyi (Ost-Ausschuss – Osteuropaverein der Deutschen Wirtschaft e.V.) ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.

Builki tədbirin əsas mövzuları enerji və İKT sektorunda islahatlar və tərəfdaşlıq üçün perspektivlər təşkil edib. Forumun əsas məqsədi Alman şirkətləri və onların Azərbaycanlı tərəfdaşlarının Enerji və İKT sahələri üzrə layihə və təkliflərini təqdim etmək və işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyən etmək olub.

Tədbirdə Azərbaycan hökumətinin rəsmiləri, yerli biznes mühitinin yüksək vəzifəli nümayəndələri, Almaniyanın Azərbaycandakı Səfirliyinin və aparıcı alman şirkətlərinin nümayəndələri iştirak edib. Qonaqlar enerji sektorunda innovasiyalar və iqtisadi islahatlar sahəsində İKT-nin hərəkətverici qüvvəsi barədə panel müzakirələrində iştirak edib.

Qeyd edək ki, Alman-Azərbaycan Xarici Ticarət Palatasının 2018-ci ildən üzvü olan Bakcell şirkəti palatanın əməkdaşlıq və partnyorluq münasibətlərinin stimullaşdırılması və Azərbaycanda ümumi biznes mühitinin inkişaf etdirilməsi sahəsində təşkil etdiyi tədbir və təşəbbüslərinə fəal şəkildə dəstək göstərir.

Artıq 20 ildən çoxdur ki Azərbaycanda fəaliyyət göstərən “Bakcell” şirkəti hazırda müxtəlif sahələri təmsil edən 3500-dən artıq korporativ müştəriyə xidmət edir. “Bakcell” ölkə iqtisadiyyatının bir çox sektoru üzrə ən böyük korporativ telekommunikasiya xidmətlərinin təminatçısıdır.

Şirkət Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq şirkətləri ən yüksək keyfiyyətli telekommunikasiya həlləri ilə təmin edir. “Bakcell”in peşəkar komandası şirkətlərə, dövlət qurumlarına və digər təşkilatlara mobil telekommunikasiya sahəsində istənilən növ xidməti göstərməyə hazırdır.

“Bakcell” özünün korporativ abunəçilərinə təhlükəsiz və etibarlı rabitə təqdim etməklə daha effektiv fəaliyyət göstərməkdə, müştəriləri ilə əməkdaşlıq və sıx ünsiyyət qurmaqda onlara dəstək göstərməklə ölkə iqtisadiyyatın və ümumi biznes sektorunun inkişafına töhfə verir.

***

”Bakcell” haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell” şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

“Bakcell” şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla, ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7000-dən artıq baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell” şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”).

2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib

“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya ingilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89  nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri