15 
Noy
2018
11:54
17
32
1866
Virtual karabakh

Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək

15 Noy, 2018
11:54
1866

Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ilin mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar silsilə tədbirlərin təşkil olunması planlaşdırılır. Bunların sırasına media nümayəndələri üçün keçiriləcək “İntellektual kubok” də daxildir. 

​Turnirdə iştirak edəcək idman jurnalistləri və klubların media nümayəndələri Avropa Liqasının tarixi, keçirilmiş maraqlı qarşılaşmalar və tanınmış futbolçularla bağlı sualları düzgün cavablandırmağa çalışacaqlar. 

“İntellektual kubok”da 20 komandanın iştirakı nəzərdə tutulub.

Yarış üç saat ərzində davam edəcək.

Hər komandanın heyətində minimum üç, maksimum beş oyunçu mübarizə apara bilər.

Eyni komandanın üzvləri müxtəlif mətbuat orqanları təmsil edə bilər.

İştirak etmək istəyənlər bu gündən etibarən ad, soyad, təmsil etdikləri media qurumunun, üzvü olacağı komandanın adını və əlaqə nömrələrini [email protected] elektron poçt ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər.

Son qeydiyyat tarixi: 26 noyabr, saat 18:00.

Tədbirin sonunda bütün media nümayəndələrinə sertifikatlar təqdim olunacaq. Qalib komanda isə təşkilatçılar tərəfindən dəyərli hədiyyələr qazanacaq.

“İntellektual kubok” dekabrın 10-da, saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Turnirin qaydaları ilə bağlı  ətraflı məlumat Avropa Liqasının final oyunu ilə əlaqədar yaradılmış www.finalbaku2019.com saytında yerləşdiriləcək.

Əlavə məlumat üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:

https://finalbaku2019.az/5739

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri