Dek
2018
10:00
40
49
9925
Virtual karabakh

“Baku Electronics” ABŞ-ın məşhur şirkətinin eksklüziv distribüteri oldu - FOTO

7 Dek, 2018
10:00
9925

“Baku Electronics” ABŞ-ın məşhur şirkətinin eksklüziv distribüteri oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Baku Electronics” ABŞ-ın məşhur “Whirlpool” şirkətinin rəsmi - eksklüziv distribüteri olub.

Oxu.Az xəbər verir ki, bununla əlaqədar “Baku Electronics” və “Whirlpool” şirkətinin rəsmi nümayəndələrinin iştirakı ilə “Abşeron Marriot” hotelində konfrans keçirilib.

Konfransda məişət avadanlıqlarının qlobal lideri olan “Whirlpool”un məhsul çeşidi də təqdim edilib.

Təqdimatla paralel olaraq, Cənubi Qafqazın ən böyük elektronika mağazası olan “Baku Electronics”in Nərimanov filialında aksiya keçirilib və “Whirlpool” soyuducularının ilk 10 müştərisinin alıcıları üçün hədiyyə olaraq paltaryuyan maşınlar təqdim edilib.

Konfransda “Whirlpool Group”un Qafqaz və Moldova ölkələri üzrə satış meneceri David Gelaşvili deyib ki, “Whirlpool” brendinin yeni məhsullarını Azərbaycanda təqdim etməkdən çox məmnundurlar:

“Əminik ki, azərbaycanlı istehlakçılar məhsullarımızdan razı qalacaqlar. Onları yeni aksiyalar və sürprizlərlə sevindirməyi düşünürük”.

“Whirlpool Group”un təlim meneceri Yuri Dolnik isə qeyd edib ki, “Whirlpool” şirkəti müxtəlif ölkələrdə 70-ə yaxın istehsal müəssisəsi və tədqiqat mərkəzi olan, illik dövriyyəsi 21 mld. dollara yaxın, işçi sayı 92 min nəfər olan dünyanın ən böyük məişət avadanlıqları istehsalçısıdır. 

Qeyd edək ki, “Whirlpool” ABŞ brendi dünyada məşhur markadır. Bu marka gündəlik həyatımızda istifadə olunan yüksək keyfiyyətli elektrik avadanlıqlarının istehsalı sahəsində liderdir. Hazırda ABŞ-da bu sahə üzrə dörd iri istehsalçı şirkət var ki, “Whirlpool” onların arasında birinci yerdədir. 

“Whirlpool Group” hazırda dünyada məşhur olan “Whirlpool”, “İndesit” və başqa məşhur markaların sahibidir.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri