18 
Dek
2018
12:00
88
26
3026
Virtual karabakh

“Silk Way Helicopter Services” aerofotoçəkiliş üçün müasir helikopter alıb

18 Dek, 2018
12:00
3026

“Silk Way Helicopter Services” aerofotoçəkiliş üçün müasir helikopter alıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Silk Way Helicopter Services” kommersiya helikopter aviaşirkəti donanmasına yüksək keyfiyyətli aeroçəkiliş üçün ixtisaslaşdırılmış foto/video avadanlığı ilə təchiz olunan ən yeni “Agusta Westland AW109SP” helikopterini əlavə edib.

“AW109SP” seriyalı helikopterlər hər cür hava şəraitində istismar üçün naviqasiya peyk sistemi ilə təchiz olunub. Helikopterin şüşə pilot kabini mükəmməl görüntünü təmin edir.

2,6 meqapiksel təsvir ölçülü, geniş görüntü bucağı və quraşdırılmış hiroskopik stabilizatora malik “Gyro-Stabilized Systems (GSS) Broadcast series B512 Gimbal Camera – Ikegami HDL-F3000” bort foto/video kamerası hər cür hava şəraitində və istənilən xarici işıqlandırmada yüksək keyfiyyətli çəkiliş aparmağa imkan verir.

Qeyd edək ki, SWHS şirkəti 2015-ci ildə Bakıda keçirilən İlk Avropa Oyunları, 2017-ci ildə keçirilən İslam Həmrəyliyi Oyunları, həmçinin Formula 1 Qran Pri və Azərbaycanda hər il keçirilən “Tour de Azerbaijan” velosiped yarışları zamanı  helikopterdən foto və videoçəkilişlər təşkil edib.

“Silk Way Helicopter Services” şirkəti Azərbaycanın ən müasir aviasiya müəssisələrindən biridir. Aviaşirkətin helikopterləri hər il 50 mindən artıq sərnişin daşıyır. Hazırda şirkətin Zabrat aeroportunda yerləşən hava gəmiləri parkına “Sikorsky S-92A”, “Leonardo Helicopters AW139”, “Airbus Helicopters AS-332L1”, “Airbus Helicopters EC-155B1”, “Мi-8МТV-1”, “Мi-8АМТ”, həmçinin “Cessna 172S” tipli təyyarələr daxildir.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri