17 
Yan
2019
13:52
30
49
3050
Virtual karabakh

Vüsal Eminov laparoskopik cərrahiyyənin üstünlüklərindən danışdı

17 Yan, 2019
13:52
3050

Vüsal Eminov laparoskopik cərrahiyyənin üstünlüklərindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda səhiyyənin bir çox sahələrdə yüksək səviyyədə inkişafı danılmaz faktdır.

Xaricdə təhsil alan, praktika keçən həkimlərin yenilikləri artıq ölkəmizdə böyük inam və etibar qazanıb.  

Son zamanların aktual mövzusu isə laparoskopik əməliyyatların üstünlüklərindən ibarətdir.

Daxili İşlər Nazirliyinin (DİN) Hospitalının cərrahiyyə şöbəsinin rəisi Dr. Eminov Vüsalın məlumatına görə, bu əməliyyat növü açıq əməliyyatlardan fərqli olaraq, qarın üzərində 3-5 xırda dəlik açılmaqla həyata keçirilir. Öd daşı, yırtıqlar, appendisit, mədə kiçiltmə əməliyyatı, bir sıra ginekoloji əməliyyatlar laparoskop üsulla aparılır.

Laparoskop əməliyyatın digər müsbət tərəfləri sağalma müddətinin adi əməliyyatdan 4-5 dəfə qısa olması, yüngül keçirilməsi, kosmetik effekti, xəstələrdə həyat keyfiyyətinin və psixoemosional durumun daha yüksək olması və s.-dir. 

Qeyd edək ki, müasir cərrahiyyədə laparoskopik üsulla həyata keçirilən əməliyyatlar gündən-günə təkmilləşərək bəzi patologiyalar üçün qızıl standarta çevrilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri