17 
Yan
2019
16:30
28
107
3580
Virtual karabakh

“CinemaPlus”da “Kafalar karışık” filminin nümayişi keçirilib - FOTO/VİDEO

17 Yan, 2019
16:30
3580

“CinemaPlus”da “Kafalar karışık” filminin nümayişi keçirilib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“28 Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Kafalar karışık” türk komedia filminin mətbuat nümayəndələri uçün nümayişi keçirilib. Maraqlı fakt odur ki, baş rol ifaçıları olan məşhur türk vaynerlər öz obrazlarını yaradıblar.

Filmin rejissoru Yücel Yolcudur. Baş rollarda Atakan Özyurt, Bilal Hancı, Fatih Yasin, Mətin AkpınarFəridə Hilal Akın çəkiliblər.

Film haqqında qısa məlumat: Atakan, varlı bir ailənin qızı olan Busəyə aşiqdir. Evlənmələrinə tək mane isə Busənin babasıdır. Atakan da Busə ilə evlənmək üçün tək çarə olaraq, Busənin illər əvvəl itkin düşmüş atasını tapmağa qərar verir. Keçmiş dostlar Fatih və Bilal da, əlbəttə, bu macərada Atakana yoldaşlıq edəcəklər. Onlar axtarışları nəticəsində Antalya yollarına düşəcəklər və işlərin qarmaqarışıq bir hal alması ilə hərəkətli və gülməli bir macəra başlayacaq.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri