21 
Yan
2019
16:17
140
46
4866
Virtual karabakh

AZAL-dan qış aksiyası: Valideynləri ilə səyahət edən uşaqlara pulsuz aviabilet

21 Yan, 2019
16:17
4866

AZAL-dan qış aksiyası: Valideynləri ilə səyahət edən uşaqlara pulsuz aviabilet

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Hava Yolları (AZAL) ailəsi ilə səyahət edənlər üçün qış aksiyası elan edir.

Oxu.Az-ın məlumatına görə, 2019-cu il fevralın 1-dən 28-dək olan tarixlərə iki böyük üçün (sərnişinlərin valideynlər və qəyyumlar olması şərti ilə) aviabilet aldıqda, aviaşirkət eyni uçuşa 12 yaşadək bir uşağa pulsuz aviabilet təqdim edir.

Aksiya aviaşirkətin göstərilən tarixlərdə beynəlxalq aviareyslərinin həyata keçiriləcəyi bütün istiqamətlərə şamil edilir. 

Biletləri yanvarın 21-dən etibarən AZAL-ın kassalarında, aviaşirkətin rəsmi agentliklərində və www.azal.az saytında təxsis etmək və əldə etmək mümkündür. Uşağa pulsuz aviabiletin verilməsi üçün valideynlər səyahət edən sərnişinlərin sənədlərini [email protected] elektron ünvanına göndərərək çarğı mərkəzinə müraciət edə və ya aviaşirkətin rəsmi satış kassalarına yaxınlaşa bilərlər.  

Aksiya çərçivəsində sərnişinlər AZAL-Miles bonus proqramından istifadə edə bilərlər. AZAL Miles bonus proqramı barədə ətraflı məlumat aviaşirkətin www.miles.azal.az  saytında təqdim edilmişdir. Proqram iştirakçısı olmayan şəxslərə http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az keçidi vasitəsilə qeydiyyatdan keçməyi təklif edirik.

Aviabiletlərin alınması ilə əlaqədar və ətraflı məlumat üçün aşağıdakı telefon nömrələri ilə müraciət edilməlidir:

(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)
Elektron poçt: [email protected]

WhatsApp: (+99450) 437-40-82 (yalnız yazılı müraciətlər üçün, bu nömrəyə zənglər qəbul edilmir)

AZAL Miles bonus proqramına dair sualları [email protected] ünvanına, yaxud  www.azal.az saytında doldurulan  əlaqə forması vasitəsilə göndərə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri