22 
Yan
2019
18:03
158
37
5885
Virtual karabakh

“Buta Airways” Rusiyaya yeni istiqamət açır

22 Yan, 2019
18:03
5885

“Buta Airways” Rusiyaya yeni istiqamət açır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın lou-kost aviaşirkəti “Buta Airways” Rusiyaya daha bir yeni istiqamət açır.

12 may tarixindən etibarən aviaşirkət Bakıdan Ufa şəhərinə birbaşa uçuşlara başlayır. Uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək.

Başqırdıstanın paytaxtı lou-kost aviaşirkətin Rusiyadakı altıncı istiqaməti olacaq. Belə ki, aviaşirkətin marşrut şəbəkəsinə hazırda Rusiyanın 5 şəhəri - Moskva, Sankt-Peterburq, Kazan, Həştərxan və Mineralnıye Vodı şəhərləri daxildir.

Aviaşirkətin digər istiqamətləri kimi Bakı-Ufa marşrutu üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək.

Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında (“Büdcə” və “Standart” tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində (“Super” tarifi ilə) əldə etmək mümkündür.

Lou-kost aviaşirkət olaraq, “Büdcə” minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.

10 kq-dək çəkisi olan əl yükü, çəkisi 23 kq-dək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan “Super” tarifi üzrə aviabiletləri satış ofislərində əldə edə bilərsiniz. Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.

Bütün yenilikləri və xəbərləri “Buta Airways”in sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür:

facebook.com/ButaAirways 
instagram.com/ButaAirways
twitter.com/ButaAirways
t.me/Buta_Airways

“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulub. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilmişdir. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri