14 
Fev
2019
16:27
85
43
3901
Virtual karabakh

İdeya sahibləri və gənc sahibkarlar üçün unikal fürsət - VİDEO

14 Fev, 2019
16:27
3901

İdeya sahibləri və gənc sahibkarlar üçün unikal fürsət - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazan – IMIC şirkəti tərəfindən təsis olunmuş innovativ layihələr üçün biznes inkubatorudur. Bizim fikrimizcə, Qazan bir çox idea sahibi və gənc sahibkarın çoxdan gözlədiyi bir layihədir. Qazan, oxşar layihə modellərin lazımı və ortaq xüsusiyyətləri əsas götürülərək yaradılan hibrit bir biznes inkubatorudur.

Bunu layihə kordinatoru Emin Murtuzayev QAZAN haqqında ətraflı məlumat verərkən deyib: 

“Qazan-ı digər biznes inkubatorlardan fərqləndirən əsas cəhət 500000 AZN məbləğədək toxum kapitalıdır. Bu investisiya ilə yanaşı ideyanın biznesə çevrilməsi üçün bir sıra icra işlərində də tam dəstək təklif edirik”.

Qazan layihəsi IMIC şirkəti tərəfindən yaradılıb IMIC dəstəyi ilə siz rəqabətcil bazar mühitində daha rahat şəkildə öz biznesinizi yarada və ya inkişaf etdirə biləcəksiniz. Bunun üçün sadəcə IMIC.AZ/Qazan link-inə daxil olaraq müraciət formasını doldurmaq kifayətdir. İnkubasiya prosesinin şəffaf və başadüşülən olması üçün biz bu prosesi mərhələlər şəklində həyata keçiririk:

İlkin olaraq “Seçmə” mərhələsi. İnkubasiya prosesinə başlamaq üçün ilkin olaraq müraciət formasını doldurmalıdır. Müraciət formaları 10 Fevral - 31 Mart tarixinə kimi qəbul olunur 31 Mart sənəd qəbulu üçün son gündür. İştirak etmək istəyən şəxslər müraciət formasını Sosial mediadan və yaxud IMIC-nin rəsmi internet səhifəsində əldə edə bilərlər. Müraciət formasının yaradılmasında niyyətimiz layihə barədə ətraflı məlumatı əldə etmək və layihəni rasional şəkildə qiymətləndirməkdir.

“Müqavilə” mərhələsi

Seçilmiş namizədlər layihələrini investisiya komitəsinə təqdim edir,  investisiya komitəsi isə öz növbəsində layihənin gələcəkdəki fəaliyyəti barədə qiymətləndirmə apardıqdan sonra ,Qazan, IMIC və seçilmiş layihə sahibləri arasında əməkdaşlıq və qarşılıqlı əlaqə şərtlərini əks etdirən müqavilələrin işlənib hazırlanması başlayır. Bu müqavilələrə məxfilik , müəlliflik hüquqları qorunması barədə razılaşma və digər rəsmi sənədlər aiddir. Qeyd olunan sənədlər onu təsdiqləyir ki, layihə barədə məlumat layihə əvvəli və ya sonunda hərhansı üçüncü şəxsələrə verilmir. Bundan əlavə isə layihə sahibinə məxsus müəllif hüquqları müvafiq qanunvericiliyinə uyğun olaraq qorunması da bu razılaşmada qeyd olunacaqdır.

Sürətləndirilmə

Qazanın əsas məqsədi ideya və ya gənc sahibkarların qısa müddətdə uğur qazanmalarına nail olmaqdır. Layihə sizin qarşınıza çıxacaq çətinlikləri həll etmək üçün öz təcrübəsindən,statistik məlumatlardan və əlaqələrindən effektiv şəkildə istifadə edərək, komandamızın tam dəstəyi ilə funksional bir şirkət yaratmaqda faydalı olacaq. Qazan layihə və ya gənc sahibkarların gələcək fəaliyyəti üçün biznes konsultasiya, effektiv biznes planların hazırlanması, biznes əlaqələrin yaradılması, məhsul və xidmətlərin inkişafı məsələlərində dəstək göstərir. Qazan, idea sahibləri ilə sıx əməkdaşlıq quraraq qarşıya qoyulan hədəflərə çatmaq üçün innovativ həllərdən istifadə etməyi hədəfləyir. Layihənin maliyyə modelini hazırlamaq və sürətləndirmə prosesi zamanı investisiyaların cəlb olunması bu mərhələdə ən vacib məqamdır.

Tamamlama

Tamamlama mərhələsində  inkubasiya prosesi başa çatır və layihə müstəqil şirkət kimi fəaliyyətə başlayır lakin tamamlama mərhələsi bununla yekunlaşmır ,Qazan, yeni yaradılmış şirkətin təklif etdiyi məhsul və xidmətlərin bazar tələbatlarına uyğunlaşdırır.

Tərəfdaşlarımız arasında qarşılıqlı rəylər və əlaqələr münbit biznes şəraitin yaranmasına tövhə verəcəkdir.

Məzunlar

Layihələr şirkət kimi formalaşdıqdan sonra onun Qazan ilə münasibətləri daha da güclənir. Məzun proqramının əsas məqsədi ideya və ya gənc sahibkarlara Qazan məzun şəbəkəsi vasitəsi ilə müstəqil şirkətlərə çevrilməsi üçün dəstək olmaqdır. Məzun proqramının missiyası yeni üzvləri motivasiya etmək, onların ideyalarını təkmilləşdirmək və gələcək fəaliyyətlərində yardımcı olmaqdır.

Qazanın ki, Qazanınız qaynasın!

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri