15 
Fev
2019
10:00
37
50
2791
Virtual karabakh

8K texnologiyalı “Samsung” QLED TV – xəyal etdiyiniz təsvirdən daha real

15 Fev, 2019
10:00
2791

8K texnologiyalı “Samsung” QLED TV – xəyal etdiyiniz təsvirdən daha real

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ən sevdiyiniz kitab hansıdır? Bədii əsərin səhnələrinin xəyalınızda canlandırdığınız o unudulmaz hissləri xatırlayırsınız? Hər sətir parlaq rənglərə boyanaraq real həyatda baş verdiyi kimi canlanır. Televizor ekranları təsviri çox vaxt olduğu kimi ötürə bilmədiyindən, biz adətən ekranlaşdırılan əsərdən istədiyimiz duyğunu  ala bilmirik. Lakin QLED texnologiyası üzrə istehsal olunmuş yeni 8K Samsung Q900R televizorları sayəsində real görüntüyə maksimal dərəcədə bənzər təsvir əldə edəcəksiniz.

8K standartına uyğun displeylər 7680 × 4320 icazəlidir. Belə bir ekranda adi FullHD icazəli displeydən 16 dəfə daha çox piksel əks etdirilir. Piksellərin sayı nə qədər çox olursa, görüntünü təşkil edən və hər bir rəng çalarını nəzərə alan nöqtələr bir o qədər çox olur.

Həmçinin, yeni prosessor istənilən kontenti 8K keyfiyyətinə qədər yüksəltməyə qadirdir. Bunun üçün sistem süni zəka üzərində işləyən xüsusi Quantum Processor 8К prosessorundan istifadə edir. Sadə dildə desək, burada televizor Samsung-un təqdim etdiyi “8K AI Upscaler“ miqyaslı funksiyasının köməyi ilə təsviri “uzadır”.

Miqyas mexanizmi təsviri təhlil edərək, onu ilkin götüntü qarışıqlığından ayırır. Ardınca, bu texnologiya “əsas görüntünü” dəqiqləşdirir, yəni HD formatlı təsvirin daha aydın, tam, sıx və üçfəzalı görünməsi üçün tələb olunan 30 milyon pikseli təyin edir. Sonda isə sistem avtomatik təhlil nəticəsində təsvirin 8K keyfiyyətli görüntüyə keçirilməsi üçün “əskik olan” nöqtələri əlavə edir.

Həmçinin, Samsung QLED TV 8K HDR10+ texnologiyasını dəstəkləyir. Bu texnologiya təsvirin qaranlıq hissələrini işıqlandıraraq görüntünü daha parlaq etməyə imkan yaradır. 4000 kd/m2 qədər dəyişən bu parlaqlıq hətta müasir televizorlar üçün belə son dərəcə yüksək göstəricidir.
Müasir və qabaqcıl texnologiyaların təcəssümü olmasına baxmayaraq yeni QLED televizorları sadə qara haşiyəyə alınmış böyük ekran və yanlarda quraşdırılmış incə dayaqlarla  ifadə olunan  minimalistik üslubda ərsəyə gətirilmişdir.

Həmçinin, bu modellər hətta siz televizoru istifadə etmədiyiniz halda, onu interyerin bir hissəsinə çevirən Ambient Mode rejimini dəstəkləyir.

Samsung Qled 8K televizorları haqqında əlavə məlumat almaq üçün Baku Electronics, Kontakt Home, Maxi.az, Soliton və Optimal mağazalar şəbəkəsinə müraciət edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri