18 
Mar
2019
17:05
29
93
2550
Virtual karabakh

Azercell-dən rəqəmsallığa doğru daha bir addım

18 Mar, 2019
17:05
2550

Azercell-dən rəqəmsallığa doğru daha bir addım

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni “Kabinetim” xidməti ilə nömrənizə onlayn nəzarət edin. 
 
Hər zaman müştəri xidmətləri sahəsində innovativ ideya və həll yolları ilə seçilən “Azercell” şirkəti abunəçilərinin istifadəsinə daha müasir dizayna malik olan “Kabinetim” şəxsi kabinet xidmətini təqdim edir. “Kabinetim” nömrə ilə bağlı əksər əməliyyatların şəxsən abunəçi tərəfindən vaxta qənaət edərək ən qısa zamanda icra edilməsini təmin edən Virtual Köməkçidir. 
 
Beləliklə, “Kabinetim” aşağıdakı əməliyyatların “Azercell” Müştəri Xidmətləri və ya Telefon Mərkəzinə müraciət etmədən onlayn icra edilməsi üçün imkan yaradır: 
 
- nömrənin balansı və internet balansı haqqında tam məlumat əldə edilməsi
-mobil internet paketlərinin və rominq internet paketlərinin sifarişi, yenilənməsi və deaktiv edilməsi
- nömrədə mövcud tarif paketin dəyişdirilməsi
- nömrənin xəttinin idarə edilməsi
- nömrənin balansına son 6 ay ərzində edilən ödənişlərin izlənilməsi
 
Əlavə olaraq “Kabinetim” vasitəsilə abunəçi nömrənin balansını artıra bilər, sms göndərə bilər, “Azercell”dən və 3-cü şirkətlərdən daxil olan sms yayımını dayandıra bilər, “Xidmətlərim” bölümünə daxil olmaqla isə “Azercell”in Rominq, Kəscell, Zənglərin Yönləndirilməsi, Gizlətcell, Simurq xidmətləri üzərindən müxtəlif əməliyyatları icra edə bilər və sair. 
 
Qeyd edək ki, rəqəmsal dünyanın ən son yeniliklərini tədbiq etməyi hədəfləyən Azercell, yeni şəxsi kabineti adaptiv (“responsive”) dizaynda təqdim edir. Kabinet ekranın ölçüsünə görə həssas dizayna malikdir və istifadədə olan cihazın xüsusiyyətlərinə uyğun olaraq ekran və brauzer ölçüsünə avtomatik uyğunlaşır. 
 
“Kabinetim”in daha bir yeni xüsusiyyəti, “Sürətli giriş”in, yəni birdəfəlik şifrə ilə kabinetə daxil olmanın mümkün olmasıdır.
 
“Kabinetim” tətbiqini Android və İOS istifadəçiləri aşağıdakı linkdə göstərilən təlimata əsasən öz smartfonlarına əlavə edib istənilən zaman digər mobil applikasiyalar kimi istifadə edə bilərlər:

https://www.azercell.com/az/personal/services/selfservice/kabinetim/  
 
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
 
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilib.
 
Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir.
 
Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir.
 
Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.
 

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri