Apr
2019
13:54
23
164
2964
Virtual karabakh

“Kefli valideynlər” “CinemaPlus”da - VİDEO

2 Apr, 2019
13:54
2964

“Kefli valideynlər” “CinemaPlus”da - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” kinoteatrlar şəbəkəsi 2019-ci ildə “Cinemazadeh” studiyasında peşəkar Azərbaycan dilinə dublyaj olunmuş “Kefli valideynlər” komediyasının nümayişinə başlayıb. 

Dublyajın redaktoru və tərcüməçisi Vüqar Hüseynov, rejissor Kamal Yaşar, səs rejissoru Orxan Ağalarov, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüser Əlisəttar Quliyev, baş prodüser Cəfər Axundzadədir. 

Filmi Oksana Rəsulova, Vüsal Hacıqədir, Əlixan Rəcəbov, Təranə Ocaqverdiyeva, Rəhim Rəhimov, Rauf Ağakişiyev, Toğrul Rza və Mahir Mirişli səsləndirib. 

Filmin rejissoru Fred Vulfdur. Baş rollarda məşhur Hollivud aktyorları Salma Hayek və Alek Bolduin çəkilib.  

Film haqqında qısa məlumat: Ailə cütlüyü Frenk və Nensi dostları və qızlarından tam maliyyə iflasını gizlətməyə çalışırlar. Bunun üçün onlar hər şeyə gedirlər, hətta özgəsinin malikanəsini kirayə verirlər. Lakin avantürist cütlük inanılmaz fırıldaqlarını həyata keçirə biləcəklərmi? Axı onların hər bir addımı içmək üçün əla bəhanədir…

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sizi sevindirməyə hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri