Apr
2019
17:30
46
49
2738
Virtual karabakh

“AzerTelecom” qlobal şirkətlərin rəsmi tərəfdaşı oldu

9 Apr, 2019
17:30
2738

“AzerTelecom” qlobal şirkətlərin rəsmi tərəfdaşı oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” dünya üzrə tanınmış və kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış şirkətlər olan “Trend Micro”, “Symantec”, “ESET”, “Quest” və “One İdentity” şirkətlərinin rəsmi tərəfdaşı statusunu əldə edib.

Qeyd olunan tanınmış şirkətlərlə tərəfdaşlıq “AzerTelecom” şirkətinin korporativ müştərilərə kibertəhlükəsizliyin təmin edilməsi istiqamətində həllərin təqdim olunmasına şərait yaradır.

Bu qlobal şirkətlərlə tərəfdaşlıq imkan verir ki, “AzerTelecom” onların təqdim etdiyi qabaqcıl kibertəhlükəsizlik həlləri ilə korporativ müştərilərin sistemlərini, şəbəkə və proqram təminatlarını müxtəlif rəqəmsal hücumlardan qorusun və beləliklə də müştərilərin biznesinin daha təhlükəsiz və etibarlı şəkildə fəaliyyətinə öz töhfəsini versin. 

Hazırda dünya üzrə informasiya təhlkəsizliyi məsələlərinə mühüm diqqətin göstərilməsi fonunda “AzerTelecom” şirkəti kibertəhlükəsizliyin təmin edilməsi sahəsində müştərilərə keyfiyyətli həllərin və ən son yanaşmaların təqdim olunmasını öz fəaliyyətində əsas tutur.

Belə ki, dövrümüzdə effektiv təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi xüsusilə çətinləşir, çünki hər gün müxtəlif cihaz və hücum platformaları daha da təkmilləşir. “AzerTelecom” tərəfindən təqdim olunan həllər şirkətlərə təhlükəsizlik sahəsində qarşılaşdıqları çağırışlara dövrün tələblərinə uyğun effektiv cavab verməyə imkan verir.

Onu da qeyd edək ki, “AzerTelecom” şirkətinin kommersiya departamentinin əməkdaşları kibertəhlükəsizlik sahəsi üzrə ixtisaslaşmış təlimlərdə də iştirak edərək müvafiq sertifikatlara yiyələniblər.

“AzerTelecom” şirkəti Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətinin törəmə müəssisəsidir və 2008-ci ildə təsis edilib. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir.

“AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir. “Digital Hub” proqramının məqsədi ölkəni Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Rəqəmsal Mərkəzə çevirməkdir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri